Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycanlı tanınmış fəal Yusif Dəstan vəfat edib

GADTB: Urmiya şəhərində tanınmış Azərbaycan milli hərəkatı fəallarından və ictimai-mədəni simalardan biri Yusif Dəstan, vəfat edib.

Mərhum Yusif Dəstan Urmiyada milli hərəkat çevrələrində tanınan şəxslərdən hesab olunurdu və uzun illər ictimai-mədəni fəaliyyətləri ilə seçilmişdi.

Onun vəfat xəbərindən sonra çoxsaylı fəallar və vətəndaşlar sosial şəbəkələrdə başsağlığı mesajları paylaşaraq fəaliyyətlərini və xidmətlərini yad ediblər.

Biz də mərhumun ailəsinə, yaxınlarına, dostlarına və bütün Azərbaycan milli hərəkatı fəallarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi və fəaliyyəti hər zaman hörmətlə anılacaq.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …