Şənbə , İyun 27 2026
azfa

Qərbi Azərbaycanın Kürdüstanlaşdırılması prosesində daha bir kürd vəzifəyə gətirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimi tərəfindən Azərbaycan qərb hissəsinin kürdüstanlaşdırılması məqsədilə Qərbi Azərbaycan vilayətinə yerli olmayan kürd vali təyin etdikdən sonra bölgənin kürdüstanlaşdırılması prosesi sürətlənib.

Kürd vali Şəhriyarı tərəfindən Azərbaycan əzəli ərazilərinə yeni mühacir kürdlər vəzifəyə gətirilib. Son olaraq valiliyin kənd işləri üzrə baş müdir vəzifəsinə Harif Xiridlu adlı mühacir kürd təyin edilib.

Beləliklə, irqçi və işğalçı fars rejimin köməyi ilə əzəli Azərbaycan ərazisi olan və hələ də rejimin süni şəkildə kürdləri bu vilayətə yerləşdirməsinə baxmayaraq əhalinin 70 faizindən çoxunun Azərbaycan türklərindən ibarət olmasına baxmayaraq, vilayətin idarəsi kürdlərin əlinə verilir. Bundan isə məqsəd Azərbaycanın böyük bir hissəsinin kürdləşdirilməsni sürətləşdirməkdir.

Həmçinin yoxlayın

SEPAH ABŞ qüvvələrinə hücum etdiyini iddia edir

GADTB: ABŞ-ın İranın cənubunda yerləşən raket və pilotsuz uçuş aparatı bazalarına, eləcə də bir radar …

ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib

GADTB: İranın  iyunun 25-də Oman sahilləri boyunca Hörmüz boğazını tərk edən Sinqapur bayrağı altında üzən …

Bir cavab yazın