Ukraynanın türk yurdu Krımı qaytarmaq üçün heç bir şansı yoxdur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ukraynanın türk yurdu Krımı qaytarmaq üçün heç bir şansı yoxdur. Bunu “The National Interest” dərgisinin təhlilçisi Duq Bendou bildirib.

Təhlil materialında qeyd edilib ki, Krım əhalisinin böyük hissəsi rusdur, onlar da Rusiyaya birləşməyi arzu edib. “Onların razılığı olmadan Krımı qaytarmaq mümkün olmayacaq”,- deyə nəşr yazıb.

Krımın Türkiyə ilə ortaq tarixinə diqqəti çəkən məqalə müəllifi “Krımın Ukraynaya məxsusluğunu düşünən ABŞ-ın rəyinə baxmayaraq, onu qaytarmaq mümkün olmayacaq”,- deyə vurğulayıb.

Xatırladaq ki, Krım tarixi türk yurdudur və ruslar tərəfindən işğal ediləndən sonra tatar türkləriin əksəri deportasiya edilmiş və yerinə ruslar köçürülüb. Rusiya isə Krımı 2014-cü ildə Ukraynadan ilhaq edib.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın