Şənbə , Aprel 27 2024
azfa

ABŞ Rusiya və İran adlanan ölkəyə Suriyada kimyəvi silahla bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriya, İran və Rusiya İdlibdə kimyəvi silah tətbiq etməzdən öncə yaxşı düşünməlidir. Bunu “Foks Nyus”a müsahibəsində ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli deyib.

“Biz onlara xəbərdarlıq etdik ki, Suriyada iki dəfə kimyəvi silah tətbiq edilib və Tramp hər iki halda bunun cavabını ağır şəkildə verib. Bizim səbrimizi yoxlamağa cəhd etməyin”, – o bildirib.

Nikki Heyli həmçinin deyib ki, İrana pul axıdırdıq və bütün bu mənfi mövqeyini davam etdirməsinə icazə verirdik. Sanksiyaları bərpa etdik. Bununla İran neftini hədəfə alacağıq və onlar təsirlərini hiss etməyə başlayacaqlar.

“İran Suriyanı məhv etdi. Onların İsrailə təhdid təşkil etdiklərini görürük. İran Yaxın Şərqdə vəkillik savaşları aparır və bütün bunlara görə Tehranla nüvə sazişindən çıxdıq. İran ağrını hiss edir, zəif haldadır və ballistik raket problemini qiymətləndirə, terrora verdikləri dəstəyi kəsənə qədər onları boğacağıq”, – Heyli bildirib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın