ABŞ İran adlanan ölkənin Suriyaya raket hücumunu kəskin pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyi İran adlanan ölkənin Suriyada Fəratın şərqinə ballistik raket hücumu etməsini kəskin pisləyib.

Pentaqon hücumu hərbi, mülki aviasiyaya təhdid və məsuliyyətsizlik kimi səciyyələndirib.

Pentaqon sözçüsü mayor Şon Robertson İranın ötən gün Suriyanın şərqində bəzi hədəflərə yönəlik raket hücumunu ABŞ rəhbərliyindəki koalisiya ilə koordinasiya etmədən həyata keçirdiyini bildirib:

“Koalisiya qüvvələrinə bir zərər verməsə də, hücumu hələ də dəyərləndiririk və oradakı mürəkkəb durumu nəzərə aldıqda, bu cür hücumlar Suriyada İŞİD ilə mübarizə aparan qüvvələri təhlükə altında qoyur”.

Qeyd edək ki, Ələhvaz şəhərində keçirilən rejimin hərbi paradına hücumdan sonra rejimin SEPAH qüvvələri qisas alacağını açıqlamışdı. Bundan sonra rejim Ələhvaz hücumunun təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahilində yerləşən obyektlərinə raket zərbələri endirib. ABŞ-ın bildirdiyinə görə raketlər ABŞ qüvvələrindən 3 millik məsafəyə dəyib.

 

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın