Türkmənistan Xəzərdən qaz kəməri çəkilişinə razılıq verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 25-də Aşqabadda ABŞ-la Türkmənistan arasında iki günlük məsləhətləşmələr başlayıb. Danışıqlarda ABŞ nümayəndə heyətini dövlət katibinin  köməkçisinin  Mərkəzi Asiya üzrə  müavini Emil Puma təmsil edir.

Müzakirələrin gündəliyinə Türkmənistanda insan haqlarının vəziyyəti, ikitərəfli münasibətlərin digər tərəfləri, o cümlədən iqtisadi problemlərin həllinə dair məsələlər daxildir. Türkmənistan nümayəndə heyətinə isə prezident Qurbanqulu Berdımuhəmmədovun  oğlu, parlamentin Qanunvericilik Komitəsinin sədri Sərdar Berdımuhəmmədov rəhbərlik edəcək. Bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov açıqlama verib.

Türkmənistanın hasil etdiyi təbii qazın Avropa bazarlarına ixracı məsələsinin müzakirə  predmeti olacağı gözlənilir. Sentyabr ayında yayılan məlumatda Türkmənistan hökumətinin Avropa Birliyi və ABŞ-la danışıqlar  apardığı bildirilirdi. Oktyabrın 10-da isə “Qazprom” şirkətinin rəhbəri Aleksey Müller Aşqabada səfər edərək Rusiyanın 2019-cu ildən türkmən qazını almaq istədiyini deyib.

Lakin Türkmənistan öz qazını Avropa Birliyinə satmaq ideyasından imtina etməyib. Bu günlərdə Aşqabadın Rusiya ilə paralel  Brüsseldə Avropa Birliyi rəsmiləri ilə də danışıqlar apardığı məlum olub. Türkmənistan hökumətinin son iclasında baş nazirin müavini Mıratgeldi Meredov bildirib ki, Aİ “Transxəzər”  qaz kəmərinin inşasına və “mavi yanacağ”ın Avropa bazarına çatdırılmasına maraq göstərir. Onun sözlərinə görə, Avropa rəsmiləri  mühüm enerji layihəsi olan “Transxəzər” qaz boru kəmərinin həyata keçirilməsi üçün investisiyaların cəlb edilməsinə kömək etməyə hazırdır.

Məsələni şərh edən Rusiyanın  Mərkəzi Asiya və Əfqanıstan Araşdırmalar İnstitutunun Elmi Şurasının üzvü İqor Pankratenko  “İndi söz ABŞ-ındır”-deyib.

ABŞ-da Aşqabad danışıqlarda mürəkkəb tərəf kimi tanınır. 2018-ci ilin avqust ayında Dövlət Departamenti yaxın illər üçün Türkmənistana dair hərətəfli strategiyasını açıqlayb. Sənəddə  Türkmənistan ABŞ-ın xidməti  personalının öz missiyasının yerinə yetirməsi üçün çətin bir yer kimi göstərilir”-ekspert Boris Şıxmuradov belə deyib.

Lakin ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri  Con Boltonun  Azərbaycana səfəri zamanı enerji təhlükəsizliyi məsələsini müzakirə etməsi  və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə apardığı müzakirələr Vaşinqtonun “Transxəzər” qaz kəmərinin reallaşması istiqamətində səylərin artacağını deməyə əsas verir.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın