Bazar ertəsi , Sentyabr 28 2026
azfa

NATO-nun baş katibi Yens Stoltenberq telefonda Rəcəb Tayyib Ərdoğandan üzr istəyib

GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən təhqirə görə üzr istəyib.Stoltenberq Rəcəb Tayyib Ərdoğana telefonla zəng vuraraq baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını bildirib və üzr istəyib.

Y.Stoltenberq Ərdoğanın diqqətinə çatdırıb ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi dərhal vəzifəsindən uzaqlaşdırılıb.

Baş katibi Türkiyəni NATO-nun mühüm tərəfdaşı olduğunu, hadisənin Türkiyə-NATO münasibətlərinə zərər gətirməyəcəyinə ümid etdiyini və bir daha belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görüldüyünü ifadə edib.

Qeyd edək ki, Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …