Cümə axşamı , İyul 30 2026
azfa

İran rejimi Nardaranda özünə bağlı dinçilərin ölənlərini şəhid adlandırır

GADTB-nin Mətbuat Mərkəzinin İran adlanan ölkənin “Təsnim” xəbər saytına istinadən yaydığı məlumata görə, Məhdi Təşəyyö Müəssisəsinin idarə heyətinin sədri İrəc Əhməd Hisari bu barədə məlumat yayıb. Onun sözlərinə görə yas mərasimi Qum, Ərdəbil və Təbriz şəhərlərində həmin müəssisə və İranın başqa müəssisələri tərəfindən keçirilməlidir.

Nardaranın İrana bağlı dinçi şəxslərin ölümü ilə əlaqədar yas mərasimi, noyabr ayının 26-da keçiriləcək. Rejimin rəsmi orqanları Azərbaycanı qarışdırmaq istəyən İran adlanan ölkəyə bağlı həmin öldürülən dinçiləri şəhid adlandırıb. Bu isə açıq şəkildə İran adlanan ölkənin Azərbaycan Respublikasının daxili işlərinə müdaxiləsi hesab edilir.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …