Çərşənbə , İyun 24 2026
azfa

Ümumrusiya Azərbaycan Konqresi rəsmən ləğv edildi

Ümumrusiya Azərbaycan Konqresinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb.

Ali Məhkəmənin Rəyasət Heyəti Ümumrusiya Azərbaycan Konqresinin kassasiya şikayətini geri qaytarıb.

Rusiya Federasiyası Ədliyyə Nazirliyi də öz növbəsində Ümumrusiya Azərbaycan Konqresi Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb. Bununla da, Ümumrusiya Azərbaycan Konqresi təşkilat olaraq legitimliyini itirib, ləğvi rəsmiləşib.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Rusiyanın 70-dən çox regionundakı Azərbaycan icmasıın rəhbərləri qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin prezidenti akademik Fazil Qurbanova yeni Azərbaycan diaspor təşkilatının yaradılması və bu təşkilata onun rəhbərlik etməsi üçün müraciət ediblər.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …

Bir cavab yazın