Çərşənbə , Sentyabr 30 2026
azfa

Xorasan türklərinin ləhcəsinin ilk sözlük nəşr olunub

 

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Xorasan türklərinin ləhcəsinin ilk dəfə olaraq izahlı lüğəti və ya sözlük nəşr olunub.

Kitab Xorasan türkləri ləhcəsində sözlük səbkində qələmə alınan əslində 3-cü əsər sayılır.

Xorasanlı türk mədəni fəal Abdulla Qasiminin (Yılmaz Xorasanlı) qələmə aldığı sözlük iki fəsildən ibarətdir. Birinci fəsildə oğuz türkcəsi şaxələri, türk dilinin tarixi, İranda türk dili və Xorasan türkcəsi mövzularından bəhs olunub. Bu bölmədə böyük Xorasan, eləcə də Gülüstan və Semnan vilayətlərində bütün türk ləhcələri ətraflı şəkildə araşdırılıb.

Kitabın ikinci bölməsində əlifba ardıcılığı ilə çox sayda türk sözləri verilib.

Bundan öncə də Xorasan türkcəsi lüğəti və Bocnurd türkcəsi lüğəti Quluzadə Məzrəci və Fatimə Əzizi tərəfindən nəşr olunmuşdur. Lakin Abdulla Qasiminin kitabı mövzunu daha yaxşı əhatə etdir.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın