Cümə axşamı , May 14 2026
azfa

Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı Avropa İttifaqına müraciət etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik üzrə alt-Komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogeriniyə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.

Müraciətdə Azərbaycan ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda, hətta Aİ ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və Aİ-nin beynəlxalq nüfuzuna zərbə vurduğu, digər tərəfdən, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda “arzuedilməz şəxs” elan edildiyi, həmçinin, hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan Aİ vətəndaşlarının həyatının da təhlükə altına düşə biləcəyi vurğulanıb.

Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Aİ tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı sorğu olunur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı öz vətəndaşlarını əvvəlcədən xəbərdar edəcək onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.

 

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …

Bir cavab yazın