Çərşənbə , Sentyabr 30 2026
azfa

Təbrizin Maşinsazi Zavodunun işçiləri tətil və etiraza başlayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində yerləşən Təbriz Maşinsazi Zavodunun işçiləri tətil və etiraza başlayib. Etiraz və tətilə səbəb azərbaycanlı işçilərin 6 aydır əmək haqqı ala bilməməsidir.

Əldə edilən məlumata görə, rejim tərəfindən Təbriz Maşinsazi Zavodunun istehsal həcmi 70 faiz azaldılıb. Artıq zavod bağlanmaq ərəfəsindədir.

Qeyd edək ki, işğalçı fars rejim Güney Azərbaycana qarşı müstəmləkə siyasəti yürütdüyü üçün Azərbaycanda yerləşən zavodlar diqqətdən kənarda qalıb. Üstəlik rejimin qeyri-konstruktiv siyasətinə görə tətbiq edilən sanksiyalar Azərbaycanın zavodlarını çıxılmaz vəziyyətə salıb.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın