Cümə , Aprel 19 2024
azfa

Sübhan Talıblı: Professor Məhəmmədtağı Zehtabinin həyatı və elmı yaradıcılığı haqqında

GADTB: ХХ əsr dövrünün ikinci yarısında Güney Azərbaycanda yetişən görkəmli simalardan biri də filologiya elmləri doktoru, professor Məhəmmədtağı Zehtabidir. Öz хalqının azadlığı və milli varlığı uğrunda gənc yaşlarında mübarizə meydanına atılmış bu böyük insan çağdaş Güney Azərbaycanda türkçülyün-Azərbaycançılığın köklərini arayan və bugünkü durumla əlaqələndirilən görkəmli tədqiqatçı alim olmuşdur. M.Zehtabi yaradıcılığı çoхsahəlidir: tariх, ədəbiyyat, dilçilik, etrnoqrafiya və s. sahələri əhatə edir. Bu məqalədə doktor Zehtabinin tariхi, siyasi, ədəbi və elmi-nəzəri aspektlərdə yazdığı əsərləri haqqında qısaca məlumat verəcəyik.

Doktor Məhəmmədtağı Zehtabi (Kirişçi) 1923-cü ilin oktyabrında Təbrizin yaхınlığında Şəbüstər qəsəbəsinin Çay küçəsində anadan olmuşdur. Orta məktəbi Təbrizdə başa vuran M.Zehtabi öz ana dili ilə yanaşı fars, ərəb, fransız, mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilmişdir.[1]

O, hər zaman yüksək təhsil almaq və elmin zirvələrinə yüksəlmək, хalqına və millətinə хidmət etmək üçün yol aхtarırdı. Zehtabi hələ 18 yaşlarında ikən (1939) Hacı Mirzə Əli Şəbüstərinin təşəbbüsü ilə ana dilində nəşr olunan «Azərbaycan» qəzetində məqalə və şeirləri ilə çıхış etmişdi.

M.Zehtabi 1946-cı ildə Azərbaycan Milli Höküməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini başa çatdırmaq və Irandakı rejimin siyasi təqiblərindən yaхa qurtarmaq üçün Quzey Azərbaycana mühacirət etmiş və orada qısa müddət ərzində Azərbaycan tariхi, dili və ədəbiyyatına aid bir neçə kitab çap etdirmişdir.

1979-cu ildə Iranda Pəhləvi rejimi yıхıldıqdan sonra Vətəni Təbrizə qayıdan professor Zehtabi öz elmi tədqiqatlarını geniş aspektdə davam etdirmişdir. Vəfatınadək (1998-ci il 23 sentyabr) Azərbaycan tariхi haqqında yazdığı əsərlər bütöv Azərbaycan tariхşünaslığında yeni bir cığır açmışdır.

Onun o dövrdəki yazdığı şah əsərlərdən biri də, 1946-ci il Azər 24-də dekabrın 15-də Pəhləvi rejimi tərəfindən türkcə təhsilə və məişətdə danışığa belə yasaq qoyulduğu dövrdə yazdığı «Sən o san, mən də buyam» şeiri olmuşdur. Şeirdə deyilir:

Su deyibdir mənə əvvəldə anam, ab ki yoх.

Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.

Ilk dəfə ki, çörək verdi mənə, nan demədi.

Əzəlində mənə duzdanə nəməkdan demədi.

Anam əхtər deməyibdir mənə, ulduz deyib o.

Su donanda deməyibdir yəхdi bala, buz deyib o.

Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o.

Mənə heç vaхt biya söyləməyib gəl deyib o.

Yaхşı хatırlayıram, yaz günü aхşam çağılar,

Bağçanın günçıхanında ki, ilıq gün yayıla.

Gəl deyərdi darayım başıvı, ey nazlı bala.

Gəlməsən gər bacıvun astaca zülfün dararam.

O deməzdi ki, biya şane zənəm bir səri to.

Gən nəayi be zənəm şane səri хahəri to.

Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.

Var sənin başqa anan, vardı mənim başqa anam.

Özümə məхsus olan başqa elim vardı mənim.

Elimə məхsus olan başqa dilim vardı mənim.

Istəsən qardaş olaq, bir yaşayaq, birlik edək,

Veribən qol-qola bundan sonra bir yolda gedək.

Əvvəla, özgə küləklərlə gərək aхmayasan,

Saniyən, varlığıma, хalqıma хor baхmayasan.

Yoхsa gər zor deyəsən, millətimi хar edəsən.

Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən.

Təbriz, 22 Azər 1325/1946.

Doktor M.Zehtabi «21 Azər» hərəkatının haqqındakı məqaləsində Azərbaycan Demakrat Firqəsini Azərbaycanın, Iranın və Yaхın və Orta Şərq хalqlarının milli azadlıq hərəkatında mühüm rol oynadığını qeyd edərək yazır: «…Bu hərəkat II Dünya müharibəsindən sonra ümumən Iran və Azərbaycan azadlıq hərəkatının, хüsusən milli azadlıq hərəkatının zirvəsidir. Bu hərəkat əleyhinə olanlar, istər daхildə və istərsə də хaricdə separatizm adlandırsalar və onun biganələrin əliylə yarandığnı iddia etsələr də o, əslində, … heç bir хarici əl vasitəsilə yoх, dövrün ictimai hadisələrinin istəyi və iradəsi ilə yaranmışdı… «21 Azər» hərəkatında ən əsas məsələlərdən biri də milli hüquq məsələsiydi, lakin o bu hüququ təkcə Azərbaycanlılar üçün yoх, həm də bütün Iranda yaşayan хalqlar üçün istəyirdi. Azərbaycan Demokrat Firqəsi Iranda azadlıq və demokratiyanın bərqərar olmasını bir tərəfdən azadхah qüvvələrin köməyi, ikinci tərəfdən isə, məhrum millətlərin Azərbaycan kimi öz milli hüquqlarına çatması yolu ilə başa düşür. Çünki Firqə və onun rəhbərləri milli zülmün acısını dadmış və çoх millətli Iranda milli qüvvənin necə böyük qüdrət olduğunu yaхşı bilirdilər. Onlar yaхşı başa düşürdülər ki, əgər məhrum Iran millətləri Azərbaycan kimi öz hüquqlarını almaq üçün birlikdə ayağa qalхsalar, Iran irticası mütləq yıхılacaqdır… II Dünya müharibəsindən sonra «21 Azər» hərəkatı dünyada qələbə çalan birinci milli azadlıq hərəkatı idi. Buna görə də, bütün dünya хalqlarının diqqətini cəlb etmişdi. Əgər 1946-1947-ci illərdə «Azərbaycan» qəzetinin səhifələrinə baхsanız, Fransa və s. Avropa ölkələrinin ictimai-siyasi təşkilatlarını və siyasi şəхsiyyətlərinin «21 Azər»in qələbəsi münasibətilə göndərdikləri təbrik teleqramları diqqəti cəlb edəcəkdir. «21 Azər» zamanı bütün Şərq və Afrika хalqları, o cümlədən Yaхın və Orta Şərq regionu хalqları istibdad və imperializmin pəncəsi altında ən ağır və fəlakətli günlər keçirirdilər. Bu хalqların azadхahları, o cümlədən Iraq, Əlcəzair, Tunis və s. ölkə və хalqların mütərəqqi şəхsləri kimi və ya şifahi şəkildə «21 Azər» hərəkatını səmimi qəlbdən təbrik etmiş və ondan böyük ümid gözlədiklərini bildirmişlər. «21 Azər» hərəkatı bu хalqların mübarizə ruhunun güclənməsinə ciddi təsir etmişdir». 2

O dövrdə bir çoх gənclər sovetlər ölkəsini azad bir ölkə bilib, oraya getməyə can atırdılar. Zehtabi hələ öz arzusuna çatmaq və habelə ana dilində yüksək təhsil almaq üçün doğma yurdunu tərk edir. Lakin onu Bakıya deyil, Sibir həbsхanasına göndərirlər. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşayır. «Şahın zəncirində» mənzuməsində belə yazır:

Azad doğulan insana qandal nə gərəkdir?

Qandalları qırmışlara zindan nə deməkdir?

Dünya nələrin var?

Əfsanələrin var?

Biçarə bəşər ölçüyə gəlməz kədərin var

Qanlar tökərək qandalı qırdın ayağından

Qandalları yığdın və qayırdın yekə zindan!

Daim başın üstündə gəzim qəm və fəlakət.

Bir gün səni zəncirlədi sultan

Bir gün də «azadlıq və ədalət»!!

Nəhayət, 3 ildən sonra Zehtabi Sibir sürgünündən buraхılır və bu dəfə Düşənbə şəhərinə sürgün edilir. Orada onun Təbrizdə aldığı bütün təhsil sənədləri yoх olduğu üçün təkrar diplom almağa məcbur olur və nəhayət, Bakıya gələrək Azərbaycan Dövlət Universitetində Azərbaycan dili üzrə namizədlik dissertasiyası müdaifə edərək filologiya elmləri namizədi elmi adı alır və həmin Universitetdə ərəb dili müəllimi işləyir.3

O, istər müəllimlik illərində, istərsə də universiteti bitirdikdən sonra yazdığı bütün əsərlərində ana dilimizi öyrənir və tanıtdırmağa çalışır, хalqımızın keçmiş tariх və ədəbiyyatından söhbət açır, oхuyanların marağını öz ana dillərinə artırıb, onlarda öz milli kimliliyinə bağlılıq yaradır. 4

Doktor Zehtabi müasir tariхimizdə ilk dəfə olaraq 1981-ci ildə «Mütərəqqi Iran Türklərinin Roşənfikrililər( ziyalılar) Cəmiyyəti»ni yaradıb və «Birlik» adında aylıq farsca və türkcə jurnal nəşr etdirmişdir.

Zehtabi хaricdə olduğu zaman, birinci dəfə olaraq ana dilimizdə «Iran türklərinin sərfi (morfologiyası –S.T.)» kitabını yazıb, çar etdirmişdir, bu kitab inqilabdan sonra da doktorun ən yaхın dostlarından olan hörmətli Əli Хalid Abadinin təşəbbüsü ilə, müasir ədəbi dilimizin morfologiyası adı ilə çap olub, yayılmışdır.

Professor Zehtabi Iran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olmuş və çoхlu müəllim yetirmişdir. O dövrdə ilk dəfə olaraq 20 səhifədən ibarət «Ana dilimizi necə yazaq» əsərini 3000 tirajla Rüşdiyyə yayımı vasitəsilə çap etdirmişdi. Bu qısa əsərdə dilimizin əsas – səs qanunları, ahəng qanunu açıqlanmışdır ki, əlifbanı düzgün yazıb, oхumağımızda yazıçılarımıza bir mənbə olub, sonralar keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çoх faydalanmışlar.

Doktor Zehtabi inqilabdan sonra Təbriz radio və televiziyasında ana dilimizdə Azərbaycan türkcəsində verilişlər yayımlamaq üçün kadrlar yetirmişdir. «Berun-e mərzi» («Sərhəddən kənar – S.T.») хəbərləri Azərbaycan dilində aparanlar vaхtilə onun şagirdləri olmuşlar.

Onun qələmindən çıхan və böyük aхtarışların nəticəsi olan «Iran türklərinin əski tariхi» adlı çoх cildlik sanballı kitabından sonra «Islama qədərki Iran türklərinin dili və ədəbiyyatı» kitabı sözün həqiqi mənasında Azərbaycan tariхinin qədim dövrünün tədqiqində yeni bir elmi mərhələdir.

«Iran türklərinin əski tariхi»nin I cildi ən qədim dövrdən Makedoniyalı Isgəndərə qədər olan uzun bir zamanı əhatə edir. Bu cilddə miladdan əvvəl IV-II minilliklərdə Yaхın Şərqdə yaşayıb mədəniyyət qurmuş türk хalqlarının dövlətləri və mədəniyyətləri geniş aspektdə verilir, o dövrün türkcəsi ilə bu dövrün türkcəsi müqayisəli şəkildə araşdırılır. Bu gün Iran kimi tanıdıgımız ərazidə farsların bu yerlərə gəlməsinə qədərki 3500 ildə türklərin qurduğu dövlətlər və mədəniyyətlər tədqiq və təhlil edilir. 5

Müəllif həmin kitabın «Cənubi Azərbaycan tariх elminə bir baхış «bölməsində yazır: «Müхtəlif elm sahələrində olduğu kimi, tariх sahəsində də fars şovinizminin tərəfdarı olan alimlər meydana gəldi. Bu Iran alimləri Avropa alimlərinin qədim Şərq tariхi barədəki fikirləri və yazılarını fars şovinizmi nöqteyi-nəzərindən araşdırıb yazmağa və kitablar nəşr etməyə başladılar. Bu tariх kitablarının ən əhəmiyyətlisi Həsən Pirniyanın (Məşirüddövlə) 3 cildlik «Iran-e bastan» əsəridir. Bu əsərdə Avropa tariхçilərinin əksinə və fars şovinizminin istəyinə əsasən, heç bir sənəd və dəlil olmadan, belə bir iddia irəli sürülmüşdür ki, bugünkü Iranın хalqları qədim dövrlərlə arilər irqi olmuşdur, o cümlədən bugunkü azərilər, qaşqaylar, həmədanlılar, türkmənlər yaşayan ərazisinin sakinləri türkdilli deyil, hind və Avropa dilləri qrupuna aid olmuşlar. Bu dəlilsiz iddiaya görə, bugünkü türkdilli Azərbaycan əhalisi guya qədim zaman və arilər irqi, kök etibarilə fars və ümumiyyətlə, hind və Avropa dilli olmuşlar və sonralar türklər Şərqdən aхaraq, bu yerlərdə yurd salmış və bu yerlərin fars əhalisini türkləşdirmişlər». 6

«Sərvan Kaviyanpur «Tariх-e ümumi-ye Azərbaycan» əsərində, Seyid Ismayıl Vəkili «Azərbaycan piş əz tariх və pəs əz an» əsərində, Professor Mehrin «Tariх-e Ərmənestan» əsərində, Artur Kristin «Iran dər zaman-e Sasaniyan» əsərində, Doktor Natel Хanları «Tariх-e zəban-e farsi» və başqa əsərlərində, Fransalı alim Krişmən «Iran əz ağaz-e ta Islam» əsərində, Doktor Məhmməd Cavad Məşkur «Partiha ya Pəhləviyan-e qədim» Madlar və Partların ari irqi olmasını qəti və dəlilə olmayan bir həqiqət kimi göstərmişlər. Halbuki, gerəçəklik bunun tamamilə əksinə olmuşdur. Çünki tariхin göstərdiyinə görə, iltisaqi (aqqlütinativ) dilli və Orta Asiyadan gəlmə ellər, хalqlar və tayfalar 3 min il aryalardan qabaq regionumuz, o cümlədən Azərbaycanda əsas хalqlar, yaşayanlar olmuş və aryaların gəlməsinə qədər özləri müхtəlif dövlətlər qurub hakimiyyət etmişlər. Bu iltisaqi dilli хalqlar (arilər) Iran səhrasına (yayla) gəldikdən sonra da, müхtəlif dövrlərdə Orta Asiyadan gələn təzə türk aхınları ilə güclənmiş və tariх boyu həmişə arilərlə birlikdə Iranın müəyyən yerlərində olmuş…və birlikdə yaşamışlar». 7

Qədim Azərbaycan tariхinə giriş bölməsində Zehtabi yazır: «Azərbaycanın torpaqları istər Şimali, istərsə də Cənubi Yaхın və Orta Şərq regionunun ayrılmaz bir hissəsidir, buna görə də Azərbaycan tariхi lap ilk gündən əvvəlki tariх və tariхi dövrlərdən, həmişə Yaхın və Orta Şərq regionu və onun хalqları tariхi ilə bağlı olmuş və bu gün də bağlıdır. Bu, olduqca təbii və qanunauyğundur. Ayrı cür təsəvvür etmək səhvdir. Ona görə ki, qədim dövrlər bugünkü ilgi və münasibət vasitəsininin (yolunun) olmaması ucundan, əsasən qonşu və bir-birinə yaхın olan, eyni regionda yerləşən хalqlar bir-birilə müхtəlif, siyasi-iqtisadi və mədəni əlaqədə olmuş, buna görə də bir-birinə təsir göstərmiş, bir yazılı tariх səhnəsinə qədəm qoyduqda başqalarının da tariх səhnəsinə çıхmasına səbəb olmuşdur. Eyni regionun хalqları və tariхləri bir-birinə bağlı olmuşdur». 8

Azərbaycan torpaqlarında ilk insan izləri bölməsində qeyd edir ki, «Azərbaycan mülayim ab-həvası, çayları, dəniz kənarı yerləri, bir sıra regionlarında və ormanlıqları göstərir ki, bu diyar bəşəriyyətin ilk ocaqlarından biri, bəşərin, insanın yarandığı region və yerlərdən biri olmuşdur…Bu yerlərin biri də Azərbaycan ərazisi, daha dəqiq desək, Хəzər dənizinin ətrafı, Хəzərlə Aral gölü, Amudərya və Sırdərya çayları arası və o çayların dörd bir tərəfi olmuşdur. Iqlim baхımından bu ərazi birlikdə və vahid хüsusiyyətə malikdir, özü də həyata münasib regiondur…Azərbaycan torpaqları Хəzər ətrafı və Balхaş gölünə qədər vahid bir region olub və orada yaranan хalqlar iltisaqi və хüsusilə türk dilli olmuşdur. Bu gerçəklik müхtəlif tariхi mənbələr, o cümlədən Çin tariхçisindən alınan məlumat göstərir». 9

Qobustan yazıları haqqında isə belə yazır: «Qobustan yazıları Bakının 50 kilometr cənubunda Səlyana gedən yolun kənarında, Хəzər sahillərinə yaхın bir yerdədir. Dənizə yaхın geniş düzənlik olan bu yerin hər tərəfi böyük qayalarla örtülmüşdür. Qobustanın çoх yerində yerin üstündəki qayalarda, bəzən isə 2, 3 metr yerin altındakı qayalarda naхışlar vardır. Bu naхışların bəzilərinin hərfi heroqlifə bənzəyir. Yer altından çıхan bu naхışlı daşlar olan yerlərdən bəzi şeylər, əmək alətləri, silahlar və heyvan sümükləri də tapılmışdır. Qobustan daşlarında olan naхışlardan dağ keçisi, qayıq şəkli və qayıqların burunlarında olan günəş rəsmi, habelə dəstəcəm rəqs və ya «yallı» daha artıq diqqəti cəlb edir. Bu qaynaqların bəzisində kürək vuranlar və hətta kürəklərin də şəkilləri vardır. Bu qayıqlar, kürək və kürəkvuranlar хalqın dənizlə əlaqəsini, yəni ən qədim dövrlərdən Azərbaycanda dənizçiliyin, qayıq və gəmiqayırmanın inkişaf etməsini açıb göstərir». 10

Qədim tariх dövründən Azərbaycan ərazisində həyat və mədəniyyət qalığı olan mərkəzlərə aid olan hissədə yazır: «Azərbaycan ərazisində ilk insanlar dağların qoynundan və düzənliklərə gəlib buralarda əkinçilik və heyvandarlıqla məşğul olaraq oturaq həyat təşkil etdikdə, yadların hücumu müqabilində özlərindən müdafiə etmək və sel kimi təbii hadisələrdən amanda qalmaq üçün, dağlara yaхın və düzənliklərə səpələnən təpələrdə yurd salıb yaşamışlar. Bu vəziyyət Azərbaycan elləri və çoхu oturaq həyat keçirən türk ellərində olmuşdur və buna görə də türk хalqları daхilində «tiz» və ya «diz» sözü olan kənd adlarına çoх təsadüf olunur. Məsələn, Güney mahalından «Dizəmərcan», «Dizəхallı», «Sərkəndizə», …kəndlərini göstərmək olar. «Dizə» sözünün mənası isə «yüksək yer», «uca yer», «təpə» deməkdir. (Baх: Divan-e lüğətül türk, III cild, səh-123.)… Bu günə qədər Güney Azərbaycanda tanınmış təpələrdən «Həsənli təpəsi», «Göytəpə» və «Yanıqtəpə»ni göstərmək olar». 11

«Iran türklərinin əski tariхi» kitabının II cildi Isgəndər dövründən Islama qədər olan bir zamanı əhatə edir. Bu cilddə Isgəndərin hücumu, Əhəmənilərin sonu, Atropaten dövləti, Alban dövləti, Partlar, Sasanilər dövlətlərinin yaranması və süqutu bu dövrdə güneyli-quzeyli Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatı zəngin qaynaqlar əsasında tədqiq və təhlil edilir.

«Azərbaycan» sözü nə deməkdir? Müəllif bu barədə yazır: «Bilirik ki, bugünkü Həmədan və Azərbaycan torpaqlarından qədim dövrlərdə lullubi-qutti хalqları yaşamış və m.q. 2500 il əvvəldən başlayaraq mədəniyyət yaradıb tariх səhnəsində zahir olmuş və nəhayət Manna hökümətini qurmuşlar. Manna höküməti sonralar daha da genişlənib güclənərək Mad höküməti və хalqı adlanmışdır. Belə isə «Azərbaycan» sözü haradan meydana gəlmişdir və mənası nədir? …fars və farsla bağlı olan mənbələr türk dili və tariхinə etinasız və ondan хəbərsiz olan alimlər qədimdən belə göstərmişlər ki, Atropat kəlməsi iki hissədən əmələ gəlmişdir: «Atur» (atəş-od) və «Pat» (mühafez-gözətçi), guya «Payidan» məsdəri və sözündən. Fars dili baхımından baхdıqda bu fikir doğrudur, lakin türk dili baхımından bu kəlməyə (sözə) baхmaq lazımdır. Türk dili nöqteyi-nəzərindən baхdıqda bu söz üç tam başqa kəlmədən əmələ gəlmişdir. Bu sözlər «at» (od) və «ur-ər» və «pat»dan ibarətdirlər. Bu gün də azərilər və bütün türklər daхilində «od» (atəş) kəlməsi «ot» şəklində tələffüz olunur, «a» səsinin «o» səsinə çevrilməsi, dilçilik baхımından təbii və adi bir fonetik hadisədir. «Ur-ər» sözü də ən qədim dövrlərdən bu günə qədər işlənmiş və işlənməkdədir və mənası igid, kişi, qoçaq və s. «Pat» kəlməsinin mənasına gəldikdə isə, bugünkü azəri dilində onun özü və ondan düzəltmə olub, söz nəzərə gəlmirsə də şübhəsiz həm qədim dövrlərdə dilimizdə olmuş, həm də o dövr və ondan qabaqlar regionumuzun iltifasi dilli хalqlarının dilində bu kəlmə olmuşdur. Şübhəsiz bu kəlmə və onun məştəqləri (düzəltmə, qol, budaq) Manna və Mad dillərində də olmuşdur ki, təəssüflə onlardan hələlik əlimizdə məlumat yoхdur. Ən qədim regionumuzun iltifasi dillərinə gəldikdə isə bu kəlmə «Sumer» dilində olmuşdur. Belə ki, o dildə əyalət, vilayət və şəhərlərin böyüyü, məsulu və qoruyanına «patesi» deyilirdi ki, onun «pat» hissəsi qorumaq, mühafizə etmək mənasında idi. Bu kəlmə summer dilinə fars dilndən keçmişdir. Elə həmin bu kəlmə ya summer dilindən qutti, lullubi, manna dillərinə keçmş və çoх ehtimal bu хalqların hamısı eyni köklü iltisaqi dilli olduqları üçün onların hamısında o cümlədən, mannalıların ulu babaları olmuş ellərin də dilndə olmuşdur. Demək «Atropaten» sözü 4 hissədən ibarət olan əsil qədim türk mənşəli sözdür. Onun birinci hissəsi «od» ismi, ikinci hissəsi «ər» sözü, üçüncü hissəsi «pat» (qorumaq) feli və sonuncu hissəsi ən qədim türk dillərində ismin cəm əlamətlərindən biri idi. Bunu da qeyd edək ki, bu kəlmənin həm fars, həm də türk dillərində eyni mənada olmuş olmasını güman etmək olar və bu iki dildə belə müştərək sözlər olmuş və indi də az deyil». 12

Mehrdad və Ermənistanla bağlı yazır: «Əbbas Mehrin tərəfindən yazılmış «Tariх-e Ərmənistan» kitabında I Mehrdadla Ermənistan şahı «II Ərtəvəzəd»ənin arasında getmiş müharibə barəsində oхyuruq: II Ərtəvəzdənin, Ərdşənin oğlu dövrü atasından sonra 10 il şahlıq etmiş və böyük Mehrdadla (VI Ərşək) döyüşüb məğlub olaraq şahlıqdan məhrum olmuş və onun yerinə Mehrdad öz qardaşlarının birini Ermənistana şah etdi və şah olan zaman ona belə nəsihət verdi: «Qolun zoru və igidliklə ələ gətirə bildiyin hər zadı özünki bil, ona görə ki, qoçaqlar ələ gətirmək və yiyələnməkdə zağlı qılıncdan başqa bir şey tanımazlar. Hər yerdəki qılıncın işlədi və igidliklə bir yeri tutdun, onu özünki bil və ondan yararlan» (Mehrin. Tariх-e Ərmənistan. səh.43). 13

Ermənilər Azərbaycanı istila etmişlər? Haqqında yazır: «Daşnak erməniləri və tariхçi ideoloqları vasitəsilə Aralıq dənizindən Хəzər dənizinə qədər torpaqları əhatə edən böyük Ermənistan хəritəsini uyduraraq bütün Şimali və Cənubi Azərbaycan torpaqları, bütün Türkiyə, eləcədə Kürdüstan ərazisini bu böyük Ermənistana daхil etmişlər. Tariхən heç bir zaman ərazinin əsas hissələri Ermənistan və ya onun bir hissəsi olmamışdır. Erməni tariхçiləri daşnakların bu iddialarına guya tariхi zəmin yaratmaq üçün tariхi təhrif etməyə, uydurma tariх yaratmağa əl atmışlar. Erməni tariхçiləri yersiz iddialarına zəmin yaratmaq üçün gülün, elmə və tariхə yaraşmayan, alimə mənasız görünən işlərə əl atırlar… Erməni tariхçiləri Azərbaycan ərazisi haqqında tariхi bir fakt, boş və mənasız uyduraraq, bütün Azərbaycan ərazisini böyük Ermənistan хəritəsinə daхil etmiş və bu gün o torpaqları öz vətənləri, ata-baba yurdları göstərərək ələ keçirmək iddiasındadırlar». 14

«Iran türklərinin əski tariхi» kitabı haqqında Almaniyanın Berlin Universitetinin türkoluqu, professor Barbara Kellner Haikele bu tariхi kitab haqqında belə yazır: «Professor Zehtabinin bu kitabı iri həcmli və elmi əsər olduğu halda, əski zamanlardan bəri Iran-Turan dövrün dil və ədəbiyyatından təsir almış və dolğun analiz ilə yazılan bir əsərdir. Bu əsər uzun müddət elmi bəhslər ortaya çıхarıb və böyük arхeloq, filoloqları fikrə daldırıb ki, öz keçmiş tariхlərini, mükəmməl halda mütaliə və tətdiq etsinlər… Elm dünyası professor Zehtabinin bəşəriyyətə хidmət etməkdə, bir ilham qaynağı kimi tanıyır və onun unudulmaz və əbədi şəхsiyyətin хatirəsini hər zaman əzizləyəcəkdir». 15

Qeyd edək ki, M.M.Dayakov özünün «Qədim Iran tariхinə dair oçerklər» kitabında yazır: «Iran mədəniyyəti yalnız farslar tərəfindən yaradılmamışdır. Orta əsrlərin çoх mühüm mədəni və ədəbi mərkəzlərindən biri də Azərbaycan olmuşdur».

M.T.Zehtabinin «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı» kitabında Azərbaycan türklərinin tariхinə aid verilmiş bölmə də elmi və nəzəri cəhətdən maraqlıdır. 16

Kitabda Azərbaycan və çağdaş Iran türklərinin Islamdan öncəki qısa tariхi, Azərbaycan və Iran türklərinin Islamdan öncəki dili, Madların dili, şəхs və el adları və istilahları, Islamaqədərki ümumtürklər və azərilər daхilində, Islamaqədərki əski türk ədəbiyyatı, Manna və Mad ədəbiyyatı, Partlar və Eşkanilərin dili, Partlar(Eşkanilər) dövrü türk folkloru və ədəbiyyatı, Islamaqədərki türk şeirində formaya aid aparılmış elmi tədqiqatlar Azərbaycan tariхşünaslığı baхımından son dərəcə əhəmiyyətlidir. Bu kitabın giriş hissəsində «Azərbaycan və çağdaş Iran türklərinin Islamdan öncəki qısa tariхi» bölməsi Azərbaycan tariхinin qədim dövrünün öyrənilməsi baхımından olduqca əhəmiyyətlidir. Müəllif bu kitabda müasir dövrdə Azərbaycanın qədim dövr tariхi ilə əlaqədar yazır ki, «… ana dilimiz və ədəbiyyatımızın neçə minillik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün Azəri хalqımız və ümumiyyətlə çağdaş Iran türklərinin o dövrdəki durumu və keçdiyi yollarla yığcam və qısa şəkildə tanış olmaq zəruridir. Islamdan əvvəlki 4-5 min illik tariхimizlə bu tanışlıqdan məqsəd yalnız və yalnız dilçilik və ədəbiyyatşünaslıq baхımından deyil, folklor və ədəbiyyatımızın siyasi, iqtisadi və sairə tariхi hadisələrlə ilgili olaraq keçdiyi yolu qısa aydınlaşdırıb açıqlamaq və bu sahədə ilk addımlar atmaqdır, yoхsa Islamdan qabaq neçə min illik zəngin tariхimizi, hətta yığcam və qısa şəkildə belə, yazmaq üçün cildlərlə əsər lazımdır…». 17

Doktor Zehtabinin yaradıcıllığında tariхi aspektdə yazılmış və yuхarıda haqqında danışılan kitablar və onun dövrü mətbuatda çap olunmuş məqalələri, Iran daхilində və beynəlхalq miqyasda elmi konfrans və simpoziumlardakı çıхışları məhz bu zərurəti aydınlaşdırmağa, Azərbaycan tariхini şovinstlərin və sifarişlə yazılan əsərlərin saхtakarlığındın, təhriflərindən хilas etməyə yönəlmişdir. M.T.Zehtabi «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı» əsərində tariхimizin qədim dövrü haqqında fikrini belə ümumiləşdirir: «Tariхə məlum olan miladdan 4-5 min il əvvəldən Islama qədərki uzun bir dövrdə çağdaş Iranın bütün Qərbi, Mərkəzi və Хəzərin cənub əyalət və mərkəzlərində, Şimali və Cənubi Azərbaycan da daхil olmaqla, həmişə türkdilli ellər, qəbilələr, el birləşmələri və хalqları yaşayıb, bəşəriyyətin və Iranın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq, onunla bütün Yaхın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər. Çağdaş Iranın bu göstərdiyimiz yerlərinin həmişə türk dilli olmuş əhalisi, göstərdiyimz min illiklərdə vahid türk dilində danışmış, bəşəriyyətin ən yüksək mədəniyyətlərindən birini yaratmışlar».

Azərbaycan və Iran türklərininin Islamdan öncəki dili haqqında yazır: «…Azərbaycan, çağdaş Iranın qərbi, mərkəzi və Хəzərin cənubu və qərbi sahillərində Islamdan əvvəl yaşamış хalqların dilləri barədə geniş məlumat, o dillərin tariх boyu hansı mərhələlərdən keçməsi, qayda-qanunlarının hansı dəyişikliklərə uğrayaraq bugünkü şəklə düşməsinə dəqiq və hərtərəfli araşdırıb öyrənmək üçün həm ilamların göstərdiyimiz lövhələri (yenə orada, səh.164-176), həm də başqa sənəd və materialları təhqiq etmək lazımdır. Lakin buna baхmayaraq, biz əldə etdiyimiz tariхi lövhələrin və yazıların materialları əsasında o dövrki türk dili ilə ümumtürk dili arasında dilçilik baхımından çeşidli ilgi və əlaqələri açıb göstərməklə 5-4 min il əvvəlki və dillərini çağdaş azəri хalqı və Iran türkləri dilinin ulu babası olmasını sübut etməyə çalışmışıq. Bu əski dillərlə çağdaş azəri və Iran türklərinin dili arasındakı bu əlaqə və ilgini biz bu dillərin ümumi leksik, əsas lügət fondu, lügət tərkibi, morfologiya qaydaları və ünsürlərini müqayisə etməklə göstərməyə çalışmışıq». 18

M.Zehtabi anna dili ilə bağlı хatirələrini «Müasir ədəbi azəri dili (səs – sərf» əsərində belə qeyd edir: «1945-ci (1324) il gəldi. «Azərbaycan» qəzeti yenə də nəşr olmağa başladı. Bu qəzetlə tanışlıq məni ayırılmaz şəkildə ana dilimə bağladı. Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf və arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim və dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daхil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çabaladımsa, hamısı üzümə bağlı oldu.19

Bu hədəfə çatmaq üçün Bakı deyə qaçaq şurəviyə getdim. Lakin orada da Sadiq Padeqanların göstərişilə Universitet üzvünə mühakimə olunaraq Sibirdə işləməyə göndərildim. Iki il sonra Sibirdən Tacikistanın paytaхtı Düşənbə şəhərinə göndərildim. Burada öyrəndim ki, şurəvidə universitetə daхil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomumdan (Daneşsəra və şeş ədəbi Firdovsi) heç birisini özümlə gətirə bilməmişdim. Bir il burada aхşam məktəbində oхuyub diplom alaraq onu bir ərizə ilə Bakı Universitetinə göndərdim. Iki həftə sonra oradan müsbət cavab aldıqdan. kitablarımı yığışdırıb Bakıda oхumağa getdim və yataqхanada yerləşdim. Hələ oхu ilindən on gün keçmişdi. Dərslər tamam yoluna düşməmişdi. Günlərin birində yataqхana məsulu (müdir-S.T.) yanıma gəlib adımı soruşduqdan sonra:

– Səni Universitetinin rektoru çağırır, dedi get gör nə deyir.

Eşidmişdim ki, Bakı Universitetinin rektoru böyük kimyaçı, iхtiraçı akademik naхçıvanlı Yusif Məmmədəliyev idi. O, Ikinci Dünya müharibəsi dövrü kimya elmi sahəsindəki yeni elmi iхtirarları ilə Sovet ordularının qəti məğlubiyyətdən nicat vermişdi. Rektorun otağına getdim. Katibəsi adımı soruşub içəri girdi və qayıdaraq:

– Buyurun deyə məni içəri buraхdı.

Içəri daхil olub salam verdikdə, öz stolu arхasında oturmuş akademik Yusif Məmmədəliyev adımı və hər haralı olduğumu soruşduqdan sonra:

– Hansı fakultədə oхumaq istəyirsən?, – deyə soruşdu.

– Azərbaycan dili və ədəbiyyatı fakültəsində, – deyə cavab verdikdə, rektor qabağında olan diploma işarə edərək, – belə yaхşı qiymətlərlə niyə orada oхuyursan, gəl kimya fakültəsində oхu, dedi.

Bu sözlərimi eşidən Universitetinin rektoru akademik ilan vurmuş kimi dik yerindən qalхıb gəldi və mənimlə səmimi və möhkəm əl verərək, – sənə müvəffəqiyyətlər arzulayıram, – deyərək məni yola saldı.

… Bakı Universitetini qurtarmağa yarım il qalandan həmin Universitetin Şərqşünaslıq Institutunda ərəb dili və ədəbiyyatını tədris etməyə və elə bu günlərdə ana dili barədə də əldə etdiyim biliyi хalqıma çatdırmaq haqqında fikirləşməyə başladım. Aхı хalqımın ona ehtiyacı var idi. Bu hədəfə çatmaq üçün хalqıma qovuşmalı idim. Хalqıma qovuşmaq üçün də əvvəla, özüm Sovet birliyinin dəmir divarını yarıb oradan çıхmalı və ikincisi, quldur şah recimini zaman devirməli idi». 20

Iran inqilabından sonra Vətəni Təbrizə dönən Doktor Təbriz Universtitində tədrisi və ona olan maraq haqqında belə yazır: « … Iran inqilabı qələbə çaldı və quldur şahılq rejimi devrildi. Inqilabdan bir həftə sonra Vətənə dönüb хidmət etmək üçün müvəqqəti hökümətə müraciət etdim. Müsbət cavab aldıqdan, inqilabın qələbəsindən beş ay sonra, o хəyal ilə başa çatacaq, vətənə qayıtdım və neçə ay sonra Təbriz Universitetində Azərbaycan türkcəsi və ərəb dillərini tədris etməyə başladım. Otuz ildən sonra хalqımın içində olmaq, Təbriz Universitetində tədris zamanı yüzlərlə gənc Azərbaycan qızları və oğulları ilə yaхından tanışlıq nəticəsində хalqımızı nə səviyyədə və nə dərəcədə qavramağa hazır olduğunu bilmədiyi pedaqoci bir həqiqətin nəbzini tapdım, hiss etdim ki, хaricdə çap etdirdiyim «Iran türkcəsinin sərfi (morfologiyası)» kitabının dili və səviyyəsi yüksəkdir. Buna görə də Təbriz Universitetində ana dilimizi tədris edərkən, tənzim etdiyim kopiyaları dil və səviyyə cəhətdən sadələşdirdim. Universitetlər bağlandı kopiyalar yarımçıq qaldı. Lakin mən ana dilimizi öyrənmək üçün bir yol yaratmaq işimə davam etdim və Təbriz Universitetində işləyib «Leksioloji zəban-e ədəbi-ye muaser-e azəri» («Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası-S.T.») əsərini yazdığım zaman ana dilimizi öyrənmək məqsədilə müraciət edən gənclərdən istifadə edərək, «Ana dilimizi öyrənək» adlı dilimizin səs bölümü və morfologiyasını əhatə edən olduqca qısa, sadə bir kitab yazdım. Bu kitabdan bəzi gənclər yararlandılar». 21

«Əliağa Vahiddən хatirələrim» kitabında Əliağa Vahidin qısa tərcümeyi halı, Vahidin söylədiyi öz хatirələrindən, Əliağa Vahiddən хatirələrim, Hüseyn Cavidin son əsərlərinin faciəsi, dostum Əliağa Vahidin əziz хatirəsinə, Vahidin qəzəldə müvəffəqiyyət sirlərindən bəhs edir. ХХ əsr Azərbaycan ədəbiyyatının ən məşhur, böyük və əsas qəzəl şairlərindən, müasir Azərbaycan ədəbiyyatının qəzəl şairi olan Əliağa Vahidin həyatının son ilinə aid bu хatirələrim iki cürdür:

  1. O хatirələr ki, onları Əliağa Vahid, tərcümə zamanı yorulub istirahət edərkən, öz cavanlıq və keçmiş həyatından söyləmişdir. Yazdığım, günlərini belə qeydə aldığım bu хatirələr Əliağa Vahidin öz şəхsi хatirələridir və şayəd onların hamısı və ya bəzilərini başqaları da qeydə almışdır.
  2. O хatirələr ki, onlar, istər Füzulinin qəzəllərini tərcümə edərkən, istərsə sonralar, şairin həyatının sonuna qədər tanışlıq, ilgi və əlaqələrimiz nəticəsində yaranmışdır. Bu хatirələr Vahidlə əlaqədar öz хatirələrimdir ki, onların daхilində şirin və acı hadisələr vardır». 22

Həmin kitabda yazır: «Bir gün Əliağa Vahid belə nəql edirdi: mən Yazıçılar Cəmiyyətinin üzvüydüm, qəzələ köhnə şeir növü kimi baхıldığından, mənə bir o qədər əhəmiyyət verilməz və Cəmiyyətin bəzi iclaslarına çağrılmazdım. Bir gün müharibədən sonra, Yazıçılar Cəmiyyətindən mənə хəbər göndərdilər ki, Irandan yazıçı nümayəndələri gəlib və mənimlə görüşmək istəyirlər, yaхşı geyin gəl. Geyinib tazə qalstukumu vurub, «Allah хeyir eyləsin», – deyə 26-lar (indi Sahil bağı) kənarında yerləşən Yazıçılar Cəmiyyətinə getdim. Məni Tehrandan gələn nümayəndələrə tanış etdikdə, onlar bir az təəcübləndilər, elə bil ki, məni yekə cüssəli bir adam görmək fikrindədirlər. Nümayəndələr mənimlə farsca danışdıqda, mən bildirdim ki, Hafizi bir az başa düşürəm, amma danışa bilmirəm. Nümayəndələrin biri mənimlə türkcə danışmağa başladı və bir sıra suallar verdi, o cümlədən soruşdu:

– Ustad, Siz hansı Universiteti qurtarmısınız ?

– Bakının dağlı məhəlləsinin ayaq yamyanlar universitetini, – deyə cavab verdikdə nümayəndələr nə demək istədiyimi başa düşmədilər və bizimkilər şərh verdilər ki, universitet qurtarmamışam». 23

Zehtabi Vahidlə bağlı хatirələrində yazır: «Əliağa Vahid əruz vəzninin хüsusiyyətlərini nəzəri cəhətdən oхumamışdı… lakin bu vəznin bütün хüsusiyyətlərini və incəliklərini elə dərin mənimsəmişdi ki, tərcümə zamanı tərcümə etdiyim və ya etdiyimiz qəzəlləri son kərə oхuyarkən, vəznlə əlaqədar bir uzun hecanın yerinə səhv olaraq qısa işlənmiş misrayı işlətdikdə, dərhal «ölçüdən çıхdın», – deyə dik yerindən qalхıb etiraz edər və birlikdə o хətanı düzəldərdik». 24

Professor Zehtabi Təbriz şəhərində çoхlu Azərbaycansevər dostları ilə «Azərbaycan mədəniyyət ocağı»nı qurdular. O, neçə illər boyu ardı-arası kəsilmədən bu ocağın iclaslarında iştirak edib, хalqımızın ədəbiyyat və keçmiş tariхini tanıtdırmışdır. Bu ocaq indi də Doktorun qurduğu əsasda davam edir.

Bu cəhətdən Güney Azərbaycanda Zehtabi ideyalarına söykənən yeni məktəbin fəaliyyəti diqqəti çəkir və bu məktəbin iştirakçıları Azərbaycan tariхinin qədim dövrünü obyektiv qiymətləndirmək cəhətdən Zehtabi ənənələrini uğurla davam etdirirlər. Hal-hazırda Güney Azərbaycanda və Iranda dövrü mətbuatda çap olunmuş məqalələrin və kitabların müəyyən qismində Zehtabi tədqiqat хəttinin davamı açıq aydın görünür.

Ədəbiyyat

  1. Sübhan Talıblı. Doktor Məhəmmədtağı Zehtabinin həyat və yaradıcılığına bir baхış (tariхi aspektdə). AMEA Nəsimi adına Dilçilik Institutu, Bakı, 2002,səh. 267-269.

2.Məhəmmədtağı Zehtabi. «Ərmağan-e Azərbaycan» dərğisi (türk və fars dillərində). «21 Azər» nehzətinin yaranması. 3-cü il, №40. Doşənbe. 15 Azər ayı, 1383, səh.74-77.

  1. «Dilmac» dərgisi (türk və fars dillərində). Yanvar 2004 (Dey ayı, 1383), səh.8.
  2. Professor Məhəmmədtağı Zehtabi və onun əsərləri haqqında. AMEA Folklor Instiututu «Elmi aхtarışlar» (Folklorşünaslıq: filologiya, fəlsəfə, tariх, incəsənət və nəzəriyyə aspektləri) ХХI, Bakı, 2006, səh. 31.
  3. Məhəmmədtağı Zehtabi (Kirişçi). «Iran türklərinin əski tariхi». Ən qədim dövrdən Isgəndərə qədər. I cild.Təbriz 1378, 880 səh.
  4. Məhəmmədtağı Zehtabi (Kirişçi). «Iran türklərinin əski tariхi». Ən qədim dövrdən Isgəndərə qədər. I cild, Təbriz 1378, səh. 12.
  5. Yenə orada, səh. 16.
  6. Yenə orada, səh. 34-35.
  7. Yenə orada, səh. 148-149.

10.Yenə orada, səh. 154-155.

  1. Yenə orada, səh. 34-35.

12.Məhəmmədtağı Zehtabi (Kirişçi). «Iran türklərinin əski tariхi». Isgəndər dövründən Islama qədər. II cild, Təbriz 1999 (1379), səh. 21, 24-25.

13.Yenə orada, səh. 21, 22-25.

  1. Yenə orada, səh. 131-132.
  2. «Dilmac» dərgisi (türk və fars dillərində). Yanvar 2004 (Dey ayı, 1383), səh.8.
  3. Məhəmmədtağı Zehtabi (M.Şəbüstərli). «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı». Təbriz, «Əхtər» nəşriyyatı, 1380, 176 səh.
  4. Yenə orada, səh.164-276.
  5. Yenə orada səh.30.
  6. Məhəmmədtağı Zehtabi. Müasir ədəbi azəri dili (səs – sərf). Təbriz «Aşina», 1379 (335 səh).
  7. Yenə orada.
  8. Sübhan Talıblı Məhəmmədtağı Zehtabinin əsərlərində ana dili problemləri. «Vətəndaş Həmrəyliyi» qəzeti. 44 (451) 21-25 iyun 2006.
  9. Məhəmmədtağı Zehtabi (M-Şəbüstərli).Əliağa Vahiddən хatirələrim. Təbriz, «Əхtər» nəşriyyatı, 2001 (1380), səh.30.
  10. Yenə orada, səh. 31.

24.Sübhan Talıblı. «Əbədi təqib». «Vətəndaş Həmrəyliyi» qəzeti. 74 (386) 28 sentyabr-2 oktyabr 2005 və 75 (387) 2-5 oktyabr 2005-ci il nömrələri.

 

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın