Rus tədqiqatçı erməni yalanlarını ifşa etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tədqiqatçı Oleq Petrenko Azərbaycan və Ermənistana dair tarixi xəritə və faktlardan bəhs olunan araşdırmasının ikinci hissəsini Yutub kanalında paylaşıb. Bu dəfə tədqiqatçı daha qədim tarixə malik fakt və xəritələri araşdırıb.

Petrenko bildirib ki, Osmanlı İmperiyasının süqutunun başladığı vaxtlarda onun ərazisində “Qərbi Ermənistan Administrasiyası” kimi bir çox dövlətlər yaranıb.

“Beləliklə, yarı-müstəqil Ermənistan dövləti yalnız 1915-ci ildə yaranır. Rusiya qoşunları Qərbi Ermənistan Administrasiyasını tərk etdikdən sonra bu dövlət Azərbaycan və Gürcüstanın da daxil olduğu Zaqafqaziya Federativ Respublikasına çevrilir. ZFR bir aydan daha az mövcud oldu və dağıldı. Onun ərazisində Gürcüstan, Azərbaycan, Ermənistan dövlətləri yarandı”, – tədqiqatçı bildirib.

Petrenko 1705-ci ilə aid xəritədə fransız kartoqrafın onun araşdırdığı ölkələrin bütün bölgələrini ideal şəkildə təsvir etdiyini qeyd edib.

“Bu xəritədə Ermənistana yer verilməyib. Azərbaycan və İran Persiya bölgələri kimi qeyd olunub. Hətta daha sonrakı xəritələrdə də İrəvan, Şəki, Dərbənd, həmçinin Ararat dağları İran və Azərbaycan ərazisi olaraq göstərilir. 1847-ci ilə aid xəritədə isə Türkiyə və İran kimi dövlətlər göstərilib. Artıq bu xəritədə Azərbaycan İrandan ayrı şəkildə yenidən İrəvan və Ararat dağlarının da ərazilərinə daxil olduğu müstəqil dövlət kimi göstərilib”, – Petrenko bildirib.

Onun sözlərinə görə, 1862-ci ilə aid “Antik və yeni Persiya” kitabının 21-ci səhifəsində Azərbaycana aid xatırlatmaya rast gəlmək olar. Burada ölkənin əvvəllər Atropatena adlandırıldığı qeyd olunur.

“Öz növbəsində Suriya dilində Atropatena sözü məhz Azərbaycan kimi səslənir. Beləliklə, Manna və Atropatena kimi qədim sivilizasiyalar bizim eradan əvvəl birinci minillikdə Azərbaycan ərazisində yaradılıb”, – Petrenko deyib.

Qeyd edək ki, xəritədə açıq mənbələrdən əldə olunan rəsmi məlumat və beynəlxalq səviyyədə qəbul edilən dünya xəritələrindən istifadə olunub.

 

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın