Suriyada kürd məsələsi ABŞ-Türkiyə danışıqları başladı

Türkiyə rəsmi Vaşinqtonla Suriyadakı bufer zonalar və kürdlərin taleyini müzakirə edir. Bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir bildirib ki, əsas müzakirə mövzusu kürdlərlə bağlıdır. Söhbət ABŞ-ın öz müttəfiqi, Türkiyənin isə terrorçu hesab etdiyi qruplaşmalardan gedir.

Çavuşoğlu qeyd edib ki, o, ABŞ dövlət katibi Mayk Pompeo ilə danışıqlarda kompromisin əldə edilməsinə çalışacaq.

Nazir vurğulayıb ki, təhlükəsizlik zonası terrorizmlə mübarizə üçün olduqca vacibdir. Baxmayaraq ki, ABŞ Türkiyənin Suriya ərazisində kürd birləmələrinə qarşı əməliyyatdan çəkinməyə çağırır.

Təxmin olunur ki, Suriyada Türkiyə sərhədindən 30 km məsafədə bufer zona yaradılacaq.

Həmçinin yoxlayın

HFI Research: ABŞ hücumunun təxirə salınması İranın danışıqlardakı mövqeyini gücləndirə bilər

GADTB: Neft və qaz investisiyaları sahəsində fəaliyyət göstərən HFI Research analitik mərkəzi ABŞ-ın İrana qarşı …

Tramp: İranın və region ölkələrinin xahişi ilə hücumu dayandırdım ki, razılaşma üçün zəmin yaransın

GADTB: ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, ABŞ İrana …

Bir cavab yazın