Bazar , Noyabr 29 2026
azfa

HFI Research: ABŞ hücumunun təxirə salınması İranın danışıqlardakı mövqeyini gücləndirə bilər

GADTB: Neft və qaz investisiyaları sahəsində fəaliyyət göstərən HFI Research analitik mərkəzi ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı təxirə salmasına münasibət bildirərək qeyd edib ki, bu, Prezident Donald Trampın əvvəlcədən xəbərdarlıq etdiyi, lakin sonradan həyata keçirmədiyi beşinci belə haldır.

Mərkəzin təhlilinə görə, İran bu davranış modelindən xəbərdardır və buna görə də danışıqlarda daha geniş tələblər irəli sürə bilər.

HFI Research-in qiymətləndirməsinə əsasən, Tehranın mümkün tələbləri arasında maliyyə güzəştlərinin əldə olunması, İsrailin Livandan çıxması və Hörmüz boğazına nəzarətin İrana verilməsi kimi məsələlər yer ala bilər.

Analitik mərkəz, həmçinin hesab edir ki, İsrail Livandan çıxmayacağı təqdirdə, əldə olunacaq istənilən razılaşma ilk gündən uğursuzluq riski ilə üzləşəcək.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …