Bazar , Noyabr 24 2024
azfa

İşğalçı fars rejim Azərbaycanla ikibaşlı oyun oynayır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim Azərbaycan Respublikası ilə ikibaşlı oyun oynayır. Bakıya gələn rejimin rəsmisi Azərbaycanın mövqeyini dəstəkləməklə bağlı bəyanat verir. İravandakı İran səfirliyinin hərbi Ataşesi isə İranın möbvqeyinin dəyişmədiyini və Ermnistanın mövqeyini dəstəklədiyini deyir.

Ermənistan Müdafiə Nazirliynin müdafiə siyasəti idarəsinin rəisi Levon Eyvazyan bu ölkədəki İran səfirliyinin hərbi attaşesi ilə görüşüb. 17 yanvarda hərbi attaşe Mehdi Vəcyanla baş tutan görüşdə iki ölkə arasında əməkdaşlıq müzakirə edilib.

Tərəflər İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-leytenant Məhəmmdə Baqirinin Azərbaycana səfərinə toxunaraq Azərbaycan mətbuatında generalın Qarabağ münaqişəsi ilə bağlı yayılan mövqeyini müzakirə edib.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyan öz “Facebook” səhifəsində yazıb. Bildirib ki, hərbi attaşe ölkəsinin Dağlıq Qarabağ məsələsindəki balanslaşdırılmış mövqeyini diqqətə çatdırıb və bu mövqedə heç bir dəyişiklik olmadığını deyıb. Ancaq mətbuatda dərc olunan məlumatlar ölkənin bu rəsmi mövqeyini təkzib edir.

Mətbuat katibi xatırladır ki, “РУСАРМИНФО” Azərbaycan mətbuatına istinadla general-leytenant Hüseyn Baqirinin Azərbaycan prezidenti ilə görüşdə İranın Qarabağla bağlı mövqeyindən danışarkən “İran Qarabağı Azərbaycan torpağı hesab edir və ölkənin ərazi bütövlüyünə tərəfdardır”,- deyə vurğulayıb.

Həmçinin yoxlayın

“Hüseyniyyun” terror qruplaşmasının “rəhbəri” yenidən peyda olub: “Azərbaycan əleyhinə tədbir keçirilib”

GADTB: İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının …

Başqırd türkcəsi və başqırd türklərinin yeri

GADTB: Başqırd adının mənşəyi hələ də tam olaraq məlum olmasa da, bu mövzuda müxtəlif rəvayətlər …

Bir cavab yazın