Cümə axşamı , Noyabr 19 2026
azfa

Türkiyə təyyarələri İraqın şimalını kürd terrorçuları bombaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK-ya aid hədəflərə hava zərbələri endirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatlar PKK/PYD/YPG və digər terrorçu qrupların təsirsiz hala gətirilməsi məqsədi ilə həyata keçirilib. Belə ki, antiterror əməliyyatı Hakurk, Metina, Zap vә  Avaşın-Basyan bölgәlәrindә həyata keçirilib.

Əməliyyat zamanı terrorçulara aid sığınacaq, mağara, tunel və anbarlar mәhv edilib. Dinc əhalinin can və mal təhlükəsizliyi, ekologiyanın qorunması istiqamətində maksimum həssaslıq göstərilib”.

Həmçinin yoxlayın

May Sato: Müharibə dey ayı etirazları zamanı baş verənlərin unudulmasına səbəb olmamalıdır

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato Fransa parlamentində çıxışı zamanı bildirib: …

Netanyahu: İslam Respublikasının nüvə təhdidi İsrail sərhədlərində dayanmayacaq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın