Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Rejimin stadionu mühasirəyə almasına baxmayaraq Təbrizdə Qarabağ şüarı səsləndi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 14 mart 2019-cu il tarixində irqçi fars rejimin Güney Azərbaycanda stadionu mühasirəyə almasına baxmayaraq Təbrizdə “Qarabağ bizimdir bizim qalacaq” şüarı səsləndi.

Rejim tamaşaçılar arasında sarı geyimli polis əməkdaşları yerləşdirmişlər. Bunun səbəbi isə Qarabağla bağlı, eləcə də milli şüarlar səsləndirməyin qarşısını almaqdır.

Azərbaycanlı fəallar yarışın 27-ci dəqiqəsində “Qarabağ bizimdir bizim qalacaq” şüarı səsləndirməklə Qarabağ probleminə diqqət çəkiblər. Onlar həmçinin Qarabağın işğalçı Ermənistan tərəfindən işğal edilməsi, eləcə də irqçi fars rejimin Ermənistanı müdafiə etməsinə pisləyiblər.

Həmçinin yoxlayın

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …

Vəhidə Kərimi: Şəxsi telefonum və “Instagram” hesabım hələ də təhlükəsizlik qüvvələrinin əlindədir

GADTB: Azərbaycanlı fəal Siyamək Mirzəinin həyat yoldaşı Vəhidə Kərimi özünün “Instagram” səhifəsində paylaşım edərək bildirib …

Bir cavab yazın