Çərşənbə axşamı , May 7 2024
azfa

İrqçi fars rejim Ulduz Qasimini 50 milyon rial cərimə etdi

ulduz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimini Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində  50 milyon rial cərimə edib.

Qeyd edək ki, azərbaycanlı fəal 2018-ci ilin noyabr ayında məhkəmə tərəfindən 1 il həbs cəzasına məhkum edilmişdir. Rejimin Şərqi Azərbaycanda yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsinin çıxardığı hökmə əsasən Ulduz Qasimi sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb, o bu ittihamla həbs cəzasını əvəz edən 50 milyon rial cəriməyə məhkum edilib. Azərbaycanlı fəal 2006-cı il etirazları (Milli Qiyam) zamanı Sulduzda şəhid olanların 12-ci ildönümü mərasimindəki çıxışı ilə əlaqədar belə bir ittihamla üzləşib.

Ulduz Qasimi 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə  Sulduzda saxlanılıb. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə bağlı yaxalanmışdır. Fəalların əksəriyyəti bir neçə saat sonra buraxılsa da Ulduz Qasimi və digər iki fəal qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır.

 

 

Həmçinin yoxlayın

İranın Ermənistana Azərbaycana qarşı dron əleyhinə silah hədiyyə edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son bir ay ərzində İrandan Ermənistana silah göndərilərkən …

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Bir cavab yazın