Azərbaycanlı fəal Nəsim Sadiqinin mühakiməsi ilə bağlı yeni xəbər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda müvəqqəti zaminə buraxılmış azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqiyə qarşı irəli sürülən ittihamlardan ikisinə xitam verilib.

Məlumata görə, “internetdə yalan məlumat yayma” və “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” ittihamları Nəsim Sadiqinin üzərindən görütülüb. Azərbaycanlı fəal yalnız şərlənərək, “sistemin əleyhinə təbliğat aparma” ittihamı ilə mühakimə olunacaq.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi 2018-ci il oktyabr ayının 21-də irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Fəal həmin il oktyabrın 31-də məhkəmə prosesi başlayanadək 150 milyon tümənlik mülki vəsiqə qarşılığında rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın