Cümə axşamı , May 2 2024
azfa

İrqçi fars rejim xələc türkcəsini sürətlə məhv edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xələc türkcəsi və mədəniyyəti tədqiqatçısı Əli Əsqər Cəmrasi Qum Araşdırmalar Müəssisəsinin 362-ci iclasında deyib ki, irqçi fars rejim xələc türkcəsini sürətlə məhv edir

“Hal-hazirda xələclər Qum və Mərkəzi vilayətlərində 60 kənddə yaşayırlar. Yeni nəsil xələc dili və mədəniyyətini öz uşaqlarına öyrətmirlər. Ona görə də xələc dilində danışanların sayı azalmaqdadır. Belə ki, 1979-cu ildə 45 min nəfər xələc dilində danışırdılarsa, bu rəqəm 2010-cu ildə 19 minə qədər azalıb”, – deyə, Cəmrasi bildirib.

Əli Əsgər Cəmrasi İran mediası və radio-televiziyasını tənqid edib:

“Mən az sərmayə ilə çox zəhmət çəkib bu qədim türk dili barədə tədqiqat aparmışam. Lakin 20 il ərzində bir dəfə də TV-də xələc dilinin tanıdılması üçün çıxış edə bilməmişəm”.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …

Bir cavab yazın