Bazar , Sentyabr 27 2026
azfa

Rejimin zindana saldığı azərbaycanlı fəal Abbas Lisani xəstələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin zindana saldığı azərbaycanlı fəal Abbas Lisani xəstələnib.

Tanınmış fəal avqust ayının 7-də qarın nahiyyəsində hiss etdiyi ağrılardan zindanın poliklinikasına aparıldıqdan sonra analiz vermək və daha ciddi müalicə almaq üçün Fatemi xəstəxanasına aparılıb.

Abbas Lisani ailəsi və yaxınları ilə telefon əlaqəsi saxlayaraq xəstəxanaya aparıldığı barədə məlumat vermişdir. Bağırsaq infeksiyasından əziyyət çəkdiyini deyən fəalın sözlərinə görə, mütəxəssis həkim onun həbsdəki şəraiti ilə maraqlandıqdan sonra xəstəliyinin keçirdiyi aclıq aksiyasından irəli gəldiyini bildirib.

Həkim fəala analiz verdikdən sonra resept yazıb, o sonra Ərdəbil Zindanının 7-ci bölməsinə qaytarılıb.

Qeyd edək ki, irqçi fars rejim mədəni fəaliyyətləri ilə bağlı azərbaycanlı fəalı şərləyərək həbsə atıb.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın