Şənbə , Sentyabr 19 2026
azfa

Tatar lider Mustafa Cəmilov Ukrayna məclisində vəzifəyə gətirilə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası Krım tatarlarının lideri Mustafa Cəmilovun namizədliyini Ukrayna Radasının vitse-spikeri vəzifəsinə irəli sürəcək.

Bu barədə qərar partiyanın deputatları tərəfindən qəbul edilib. Deputatlar arasında keçirilən səsvermə zamanı yalnız bir millət vəkili bitərəf qalaraq Cəmilovun vitse-spiker vəzifəsinə namizədliyini dəstəkləməyib.

Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkisi 21 iyulda keçirilib. Nəticədə parlamentə 5 partiya daxil olub. Radada mütləq çoxluğu Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası əldə edib.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …

Bir cavab yazın