Çərşənbə , May 13 2026
azfa

Avstriya kansleri: “Türkiyə üçün Avropa İttifaqında yer yoxdur”

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, “Ankaranın yürütdüyü siyasət fonunda Türkiyənin Avropa İttifaqına üzv olması mümkünsüzdür”. Bu barədə Avstriya kansleri Sebastyan Kurts  “Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.

Türkiyədə guya insan haqlarının pozulduğunu iddia edən kansler bu ölkənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını qeyd edib: “Hesab edirəm ki, son illər yürütdüyü siyasətə görə Türkiyə üçün Aİ-də yer yoxdur. Onunla üzvlüyə dair danışıqlara son qoymaq doğru addım olardı”.

Sebastyan Kurts həmçinin iddia edib ki, Avstriya, Almaniya və digər ölkələrdəki türk icmalarının yerli cəmiyyətlərə inteqrasiya olunmasının qarşısını almaq üçün Ankara onlara güclü təsir göstərməyə çalışır.

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Avstriyanın yeni hökumətinin proqramına etirazını bildirib. Proqrama əsasən, Vyana Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqlara son qoymağa çalışacağını bəyan edib.

Həmçinin yoxlayın

Köçəryan etiraf etdi: “44 günlük müharibədə silahları İranın hava məkanı ilə alırdıq”

GADTB: Dünən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistana silah-sursat …

“Bəsic” qüvvələri azərbaycanlı gənci güllələyib

GADTB: Dünən Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərinin sakini Ehsan Şirxani Bonab şəhərində yarımhərbi radikal …

Bir cavab yazın