Hoffman: “Aramko”ya hücumun məsuliyyətini İran daşıyır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Conatan Hoffman deyib ki, Səudiyyə Ərəbistanına məxsus “Aramko” neft emalı zavodlarına edilən hücumun məsuliyyətini İran daşıyır.

Hoffman qeyd edib ki, husilərin hücumu reallaşdırmağa gücü yoxdur:

“İranın bu hücumu təkcə bölgədə deyil, bütün dünyada stabilliyi pozacaq”.

Qeyd edək ki, “Saudi Aramko”nun iki zavoduna edilən hücumla bağlı ABŞ ilk gündən İranı ittiham etsə də, rəsmi Tehran bu ittihamları rədd edir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın