Çərşənbə , Sentyabr 9 2026
azfa

İraq Kürdüstanı parlamentinin spikeri istefa verib

İraq Kürdüstanı parlamentinin spikeri Yusif Məhəmməd dekabrın 26-da istefa verdiyini bəyan edib. Rudaw telekanalının yaydığı məlumata görə, spiker bu addımı rəhbərlik etdiyi “Qorran” (“Dəyişikliklər”) partiyası region hökumətindən çıxdıqdan bir neçə gün sonra atıb.

Ötən həftə “Qorran” və “İslam qrupu” partiyaları bu bölgədə baş verən etiraz aksiyaları fonunda regional hökumətin tərkibindən çıxıb.

Xatırladaq ki, İraq Kürdüstanının müxtəlif rayonlarında əməkhaqqlarının gecikməsi və ağır iqtisadi vəziyyətlə bağlı keçirilən nümayişlər zamanı baş verən ixtisaslar nəticəsində azı 7 nəfər həlak olub, 80 nəfərdən çox insan isə yaralanıb.

Həmçinin yoxlayın

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …

“Koroğlu” bu dəfə Tehranda səhnəyə çıxacaq

GADTB: Yaqub Səddiq-Cəmali yeni paylaşımında “Koroğlu” tamaşasının Tehranda nümayiş etdiriləcəyini açıqlayıb. O, paylaşımında yazıb: “Təbrizdə …

Bir cavab yazın