Cümə axşamı , Dekabr 26 2024
azfa

Tramp uran zənginləşdirən irqçi fars rejimi kəskin tənqid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp İranın uranı zənginləşdirmək qərarını “çox pis addım” kimi dəyərləndirib. O, bu barədə Tvitter səhifəsində fikirlərini yazıb.

Tramp eyni zamanda qeyd edib ki, Federal Təhqiqat Bürosunun (FTB) 12 il əvvəl İranda yoxa çıxan keçmiş agenti Robert Levinsonun geri qaytarılması müsbət addım ola bilər:

Tramp həmçinin yazıb: “Məlumata görə, İran uranı zənginləşdirmək qərarı verib. Bu, çox pis addım olacaq”.

Qeyd edək ki, ABŞ hökuməti Levinsonun geri qaytarılması üçün 1 milyon dollar təklif etmişdi. Bu ilin yanvarında isə dövlət katibi Mayk Pompeo İranı, ABŞ vətəndaşlarını azad etməyə çağırmışdı.

Nüvə proqramı ilə bağlı isə bu ilin 8 mayında İran nüvə razılaşması öhdəliklərinin qismən dayandırıldığını elan etmişdi. Aİ isə İranı Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl etməyə çağırmışdı.

Həmçinin yoxlayın

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a …

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran …

Bir cavab yazın