Çərşənbə , Avqust 19 2026
azfa

GADTB rəsmiləri Mikayıl Oyta və Sima xanım Sidneydə Atatürkün anım mərasimində – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 10 noyabr 2019-cu il Qazi Mustafa Kemal Atatürkün 81-ci anım törəni münasibətilə Avstraliyanın Sidney şəhərinin Auburn bölgəsində Anım mərasimi keçirildi.

Törənə Türkiyə cümhuriyyətinin baş konsulu, Quzey Kibrisin fəxri konsulu,  NSW əyalətinin ANZAC Auburn bölgəsinin rəsmiləri və Atatürk Kültür dərnəyi, eləcə də Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Maliyyə Departamentinin sədri sayın Sima xanım və GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosasiyasının (AAA) Prezidenti  sayın Mikayıl Oyta bu mərasimə dəvət olunmuş və mərasimdə iştirak etmişlər.

Mərasimdə Qazi Mustafa Kemal Atatürkün böyük Türkiyə uğrunda verdiyi əmək, eləcə də onun barış və sülhsəvən insan olduğunu, modern və laik Türkiye qurduğu qeyd edildi. Həmçinin bildirildi ki, böyük Atatürk tək Türkiyənin lideri deyil, 300 milyonluq Türk Dünyasının lideridir.

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …

Bir cavab yazın