Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

İrqçi fars rejimin məmurları etirazlarda 13 yaşlı azərbaycanlı yeniyetməni qətlə yetirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, keçirilən etirazlarda irqçi fars rejimin məmurları Tehranda 13 yaşlı azərbaycanlı yeniyetməni qətlə yetirib.

Əslən Ərdəbil vilayətinin Parsabad şəhərindən olan 13 yaşlı Əmir Rza Abdullahi Tehranın İslamşəhr məhəlləsində keçirilən aksiyalarda irqçi fars rejimin qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub.

Artıq Əmir Rza Abdullahinin cənazəsi qətlə yetirildikdən 3 gün sonra ailəsinə təhvil verilib.

Rejimin Təhlükəsizlik qüvvələri Abdullahi ailəsinə xəbərdarlıq ediblər ki, övladlarının etirazlarda öldürüldüyünü ictimailəşdirməsinlər.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …

Bir cavab yazın