2020-ci il Xivə şəhəri türk dünyasının paytaxtı elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, TÜRKSOY Daimi Şurasının Qırğızıstanın Oş şəhərində keçirilən 37-ci iclasında Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunub.

İclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və nazir müavinləri iştirak ediblər.

Azərbaycanı bu tədbirdə Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramov təmsil edib.

Özbəkistan Mədəniyyət nazirinin müavini Kamola Akilova deyib ki, qədim Xivə Özbəkistanın incisi sayılan şəhərlərin sırasına daxildir. Xivə nə vaxtsa Xarəzm xanlığının mərkəzi olub və hazırda şəhər öz qədim tarixi simasını saxlayıb.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın