Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejimin əlaltısı olan hakim Ərdəbildə Colani ailəsini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin əlaltısı olan hakim Meysəm Colaninin ailəsinin 4 üzvünü də  Ərdəbildə həbs etdi. Dünən dekabrın 1-də azərbaycanlı fəal Meysəm Colaninin ata, ana, bacı və qardaşı rejimin Ərdəbildə əlaltısı olan hakim Səliminin göstərişi ilə yaxalanıb.

Colani ailəsi son günlərdə yaxalanan Meysəm Colaninin vəziyyəti ilə maraqlanmaq üçün irqçi fars rejimin Ərdəbildə yerləşən məhkəməsinə müraciət etdikləri zaman rejimin Ərdəbildə əlaltısı olan hakim Səlimi onlara hədələyici tonla danışıb və barələrində müvəqqəti həbs qərarı çıxarıb.

Qeyd edək ki, Meysəm Colani noyabrın 30-da Ərdəbilin Mərkəzi Zindanına koçürülüb. Azərbaycanlı fəal noyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək  yaxalanıb və naməlum istiqamətə aparılmışdır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın