Cümə axşamı , İyul 30 2026
azfa

Həşdişəbi terrorçubaşı Qasim Süleymanının öldürülməsini təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqda irqçi fars rejimin yaratdığı terrorçu Həşdişəbi qrupu İranın terrorçu sepah təşkilatının xarici qanadının komandanı terrorçubaşı Qasım Süleymaninin İraqda öldürülməsi xəbərini təsdiq etdi.

Məlumata görə, yanvarın 2-də ABŞ hərbi hava qüvvələrinin Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri terrorçubaşı Qasım Süleymani ölüb.

Qeyd edək ki, daha əvvəl də Qasım Süleymaninin ölümü ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu dəfə bir neçə beynəlxalq xəbər agentliyi xəbəri qısa müddətdə tirajlayıb. İranın terrorçu İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsindən də Qasım Süleymaninin ölümünü təsdiq ediblər.

Bildirilir ki, hava hücumu nəticəsində ümumilikdə 8 nəfər, o cümlədən Həşdişəbi terrorçu qruplaşmanın yüksək rütbəli hərbçisi də ölüb.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …

Bir cavab yazın