Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

İran adlanan ölkə Teleqram sosial şəbəkəsini tam qadağan etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Teleqram sosial şəbəkəsini İran adlanan yerdə tam şəkildə qadağan etmək niyyətindədir. Bu barədə jurnalistlərə açıqlamasında İran adlanan ölkənin İnformasiya-Kommunikasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azari Caxrumi açıqlama verib.

Cavad Azari Caxrumi deyib: “Teleqram “terrorçuların kanalı”nı bağlamalıdır. Əgər şirkət rəhbərliyi iranlıların tələblərinə hörmət etməsə, o zaman tam olaraq ölkədə fəaliyyətinə qadağa qoyulacaq”.

Qeyd edək ki, İran adlanan ölkədə əhali teleqram kanalından sərbəst istifadə edirdi. Rejim əleyhinə etirazları boğmaq üçün son bir həftədə hakimiyyət teleqram və instaqramı filtirləyib. Bundan öncə isə İran parlamentinin Xarici Siyasət Komitəsinin rəhbəri Əli Rza Rəhimi yanvarın 5-də Teleqram və İnstaqrama qoyulan qadağanın ortadan qaldırılacağını bildirmişdi.

 

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …

Bir cavab yazın