Türkiyə ordusu 100-dən artıq təxacüzkarı məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin 101 hərbçisi həlak olub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, əməliyyatlar Suriya qüvvələrinin Türkiyə ordusunun mövqelərinə endirdiyi top atışlarına cavab olaraq təşkil edilib. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus 115 hədəf yerlə bir edilib. O cümlədən 3 tank , 2 ağır texnika və 1 helikopter sıradan çıxıb. Əməliyyatlar davam edir. Türkiyə mənbələrinin məlumatına görə, Ankara Suriya ilə sərhədə əlavə qüvvələr və zirehli texnikalar cəlb edir.

Qeyd edək ki, bu gün Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində 5 hərbçi həlak olub, daha 5-i yaralanıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın