Çərşənbə , Avqust 19 2026
azfa

Rejim hələ də azərbaycanlı fəalları ETTELAAT İdarəsinin təcridxanasında saxlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hələ də azərbaycanlı milli-mədəni fəallarə Təbrizdə ETTELAAT İdarəsinin təcridxanasında saxlayır. Azərbaycanlı fəallar 3 ay saxlandıqdan sonra ailələri ilə qısa telefon əlaqəsində bu barədə məlumat veriblər.

Azərbaycanlı fəallar Əkbər Mühaciri, Babək Hüseyni Müqəddəm, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Şahin Bərzgər və Məhəmməd Mahmudi fevralın 13-də rejimin Təbrizdə yerləşən zindanından ailələrinə zəng edərək danışmışlar.

Qeyd edək ki, adları çəkilən azərbaycanlı fəallar noyabr etirazları dövründə heç bir günahı olmadan 2019-cu il noyabrın 17-də özlərinin evləri və ya iş yerlərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıblar. Fəallar hələ də qeyri-müəyyən şəraitdə saxlanılırlar.

Həmçinin yoxlayın

Rusiya müharibə zamanı İrana silah yardımı edib

GADTB: Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər …

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

Bir cavab yazın