Çərşənbə , Oktyabr 14 2026
azfa

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib.

Hüseynzadə hər iki qolu vuraraq qarşılaşmanın əsas qəhrəmanı olub və Azərbaycan komandasına dəyərli qələbə qazandırıb.

Milli komandanın üzvü Əmirhüseyn Hüseynzadə cəmi 10 dəqiqə ərzində Sepahanın qapısına iki dəfə yol taparaq möhtəşəm dubl edib və komandasının Nəqş-i Cahan stadionunda böyük qələbəsini təmin edib. Bu qollarla onun Traktorun heyətində vurduğu qolların sayı 40-a çatıb.

Bununla yanaşı, Azərbaycan Traktorunun azarkeşləri Zəncan şəhərinin Səbzə meydanında şüarlar səsləndirərək və türkcə mahnılar oxuyaraq sevimli komandalarına dəstək veriblər.

Tədbir zamanı «Azərbaycan qızları, göylərin ulduzları» və «Urmu, Təbriz, Ərdəbil; bu səs Zəncandan gəlir» şüarları azarkeşlər arasında səslənib və Səbzə meydanında böyük coşqu yaradıb.

Azarkeşlərin bu dəstəyi bir daha Azərbaycanın müxtəlif şəhərlərində Traktor tərəfdarları arasındakı bağlılığı və bu komandanın bölgə əhalisi arasında həmrəyliyin gücləndirilməsindəki rolunu nümayiş etdirib.

https://t.me/GADTB1/57780

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …