Fars molla rejimindən regionun milyonlarla günahsız insanına qarşı terror

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çindən koronavirus gətirib Qumda yayan və karantin etmədiyi üçün bütün bölgəni təhlükəyə salan İran özlərini qorumaq üçün məclisi tətil etdi.

Lakin rejimin rəsmiləri bir tərəfdən dünya ictimaiyyətini aldatmaq üçün video paylaşıb özlərinin koronavirusa yoluxduqlarını iddia ediblər.

Digər tərəfdən isə rejim bütün tələblərə baxmayaraq Qumun karantin edilməsinə mane olmaqla bu ölkədə və qonşu ölkələrdə milyonlarla günahsız insana qarşı açıq terror həyata keçirmiş oldu. Artıq bütün regionda milyoblarla insan özünü ölümlə üz-üzə hiss edib və regionda adi həyat ritmi pozulmuşdur.

Bu isə özünü müsəlmanların himayədarı kimi qələmə verən, əslində Çin və Ermənistan kimi müsəlman düşmənlərinin müttəfiqi olan İranın müsəlman aləminə yeni dəhşətli terror aktı hesab edilir. İndiyə qədər isə fars molla rejiminin İran-İraq müharibəsindən bu yana birbaşa və dolayı yolla bir milyondan çox müsəlmanın qanına əlinin batdığı heç kimə sirr deyildir.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın