Bazar , Sentyabr 27 2026
azfa

Tripoli: İran Türkiyə ilə döyüşmək üçün Liviyaya ordu göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Türkiyənin İrana humanitar yardımlarından sonra bu ölkəyə qarşı döyüşməküçün Liviyaya terrorçu Sepah ordusunu və nəzarətialtında olan terrorçuları göndərib.

İran, nəzarətində olan Əsəd rejimi və Hizbullah Xəlifə Haftari himayə etməsi üçün Liviyaya ordu göndərib.

Bu barədə artıq Liviya Milli Sülh Hökumətinin Daxili İşlər Nazirliyi açıqlama verib.

“Əsəd rejimi, Hizbullah, İran və Rusiya Xəlifə Haftarı himayə etmək üçün Liviyaya yaraqlılar göndərib. Bu yaraqlılar Liviyanın Benqazi şəhərinə Suriyanın “Sham Wings” hava yolları şirkəti tərəfindən aparılıb”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Benqazi şəhəri Xəlifə Haftarın başçılıq etdiyi Liviya qiyamçıların mərkəzi sayılır. Bəşər Əsəd Dəməşqdə Haftara bağlı şəxslərdən ibarət heyətlə görüşdən sonra, Liviyanın Dəməşqdəki səfirliyini onların ixtiyarına verib. Əsəd rejiminin bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ziddir.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın