Cümə , Dekabr 27 2024
azfa

Türkcə proqramlara qadağa qoyan rejim Təbriz televiziyasında kürd serialı yayınlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türkcə proqramlara qadağa qoyan irqçi fars rejim Novruz bayramı tətillərində Təbriz televiziyasında kürd serialı yayınlayınlamağa başlayıb.

Rejim və onun əlaltılarının Şərqi Azərbaycan vilayətinin yerli “Səhənd” kanalında “N.X” adlı kürd serialının yayımlaması isə azərbaycanlıların kəskin etirazı ilə qarşılaşıb.

Həmin serialın Şərqi Azərbaycan vilayətinin yerli “Səhənd” kanalında yayınlanmasının gizli məqsədlərə xidmət etdiyinin fərqində olan azərbaycanlı fəallar rejimin bu Antiazərbaycan hərəkətinə etiraz edirlər. Bununla bağlı fəallar xüsusilə sosial şəbkələrdə etiraza başlayıblar.

Onlar rejimin bu vasitə ilə Güney Azərbaycanda əhalinin kürd terrorizminə qarşı münasibətini dəyişməyə və Azərbaycanı kürdləşdirməyə çalışdığını bildirirlər.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın