Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Koalisiya qüvvələri tarixi Azərbaycan şəhəri Kərkükdən çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tarixi Azərbaycan şəhəri Kərkükdə yerləşən K1 hərbi bazasındakı koalisiya qüvvələri geri çəkilib.

Kərkükdəki əməliyyatlardan məsul komandir general-leytenant Saad Harbiye terror təşkilat DEAŞ əleyhinə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Kərkükdəki K1 hərbi bazasından çəkildiyini və bölgənin nəzarətinin İraq qüvvələrinə keçdiyini bildirib.

Harbiye koalisiya qüvvələrinin şəhərin təhlükəsizliyinə verdiyi töhfədən məmnun olduqlarını söyləyib.

Terror təşkilatı İŞİD ilə mübarizədə koalisiya qüvvələrinin İraq qüvvələrini xüsusilə kəşfiyyat və təhsil sahəsində dəstəklədiyini bildirən Harbiye hərbi, inzibati və maddi silah-sursatın İraq tərəfinə təhvil verildiyini də bildirib.

Qeyd edək ki, İraqda ABŞ-a bağlı 9 hərbi baza var.

Paytaxt Bağdaddakı Taci hərbi bazasında son aylarda üç raket hücumu həyata keçirilib, Kaim hərbi baza da son aylarda müxtəlif hücumlara məruz qalıb.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın