Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Əhərdə müəllimlər Əhər-Təbriz yolunun genişləndirilməməsinə etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, bir qrup azərbaycanlı müəllim Əhərdə bannerlər yazmaqla Güney Azərbaycanda qətlgah kimi məşhur olan Əhər-Təbriz yolunun genişləndirilməməsinə etiraz ediblər. Onlar üzərinə yolun genişləndirilməməsinin çox saylı qəzalara səbəb olması və müəllimlərin çoxunun da bu yolda həyatını itirməsinə diqqət çəkən sözlər yazmaqla rejimin məsul şəxslərinə öz etirazlarını bildiriblər.

Qeyd edək ki, farslar yaşayan bölgələrə uzun və geniş yolları qısa zamanda çəkəməyə hər cür şəraut yaradan İran adlanan ölkə illərdir qısa məsafəyə malik olan Əhər-Təbriz yolunun genişləndirilməsi layihəsinin icrasına laqeydlik göstərir. Nəticədə hər həftə çoxsaylı insan tələfatı ilə nəticələn qəzalar baş verir. Həmin yolda əhali ilə yanaşı çox saylı müəllimlər də öz həyatını itirib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın