Paşinyan molla rejiminin işğalçı Ermənistana yardımlarına görə təşəkkür etdi

Paşinyan molla rejiminin işğalçı Ermənistana yardımlarına görə təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi işğalçı Ermənistana yardımlarını dansa da, Ermənistan özü müxtəlif formalarda buna etiraf edir.

İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusla bağlı qida və mal qıtlığının qarşısını almağa kömək edən yük daşımalarının təşkilində göstərdikləri köməkliyə görə İran, Rusiya və Gürcüstana minnətdarlığını bildirib.

 “İrna”nın bildirdiyinə görə Paşinyanın bununla bağlı mesajında deyilir: “Ermənistandakı koronavirus epidemiyasının mühüm xüsusiyyətlərindən biri də odur ki, ölkəmizdə bir gün belə olsa mağazalarda vitrinlər boş qalmır. Bu baxımdan İran, Gürcüstan, Rusiyadan olan tərəfdaşlarımıza bir daha təşəkkür etmək istəyirəm ki, fasiləsiz ticarəti təmin etmək üçün öz səylərini əsirgəmirlər”.

Qeyd edək ki, Ermənistanın Rusiya ilə birbaşa sərhədi olmadığından yüklər Gürcüstan vasitəsilə daşınır. Lars hərbi yolu isə yeganə dəhlizdir və dağlıq ərazidən keçdiyi və dar olduğu üçün vaxtaşırı olaraq bağlanır.

Ermənistanı fəlakətdən xilas edən İran dəhlizidir və İranın bu ölkəyə ərzaq və neft daşımalarını əks etdirən videolar az öncə də yayılmışdı.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın