Molla rejimi Güney Azərbaycanda əhalini iqtisadiyyatına qurban verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda əhalini iqtisadiyyatına qurban verir. Koronavirusun tüğyan etdiyi bir vaxtda bütün idarə, müəssisə və məktəblərin açılması əhalinin yüksək səviyyədə koronavirusa yoluxmasına gətirib çıxarıb.

Yoluxanların çox az hissəsinin qeydiyyata alınmasına baxmayaraq təkcə Şərqi Azərbaycanda bir gündə 277 nəfərdə koronavirusun aşkarlandığı bildirlir. Təbii ki, bu bir gündə yoluxmanın kiçik bir hissəsidir.

Təbriz Tibb Universiteti Şərqi Azərbaycan vilayətində bir gün ərzində Covid-19 infeksiyasına 277 yeni yoluxma faktının qeydə alındığını bildirib.

Tibb Universitetinin veb səhifəsinə istinadən, may ayının 14-dən 15-nə qədər 24 saat ərzində keçirilən testlərdən 30 faizi müsbət nəticə verib.

Təbriz Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi “bu gedişatın narahatedici olduğunu” ifadə edib.

Somi bu barədə İran Radio və Televiziya Təşkilatının Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalına danışıb.

 “Bu gedişatın davam etməsi ilə qarşıdan gələn günlərdə vəziyyət daha da pisləşəcək,” səhiyyə xidmətinin rəhbəri bildirib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın