Gürcüstan Azərbaycanla birgə “SU-25”lər istehsal edə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında bildirib ki, “Gürcüstan “SU-25” hücum təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər”.

Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası məsələsində Gürcüstanın Ukrayna ilə əməkdaşlıq edəcəyi ehtimal olunur: “Ukraynada aviasiya sahəsinin möhkəm təməli var. Bu sahə Azərbaycanla birgə də inkişaf etdirilə bilər. GUAM ölkələrinin potensialından da istifadə etmək mümkündür”.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bu yaxınlarda “SU-25” hərbi təyyarələrinin ölkədə istehsalı, təmiri və bərpası üçün bütün texniki, intellektual və insan resurslarının olduğunu bildirib. Nazir deyib ki, müxtəlif ölkələr bu tip təyyarələrə böyük maraq göstərirlər.

Xatırladaq ki, SSRİ dövründə Tbilisi Aviazavodu fəaliyyət göstərib. Zavodda keçmiş sovet respublikalarındakı müəssisələrdən əldə edilən komplektlər əsasında aviatexnikaların yekun yığılması həyata keçirilib.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın