Cümə axşamı , May 7 2026
azfa

Azərbaycanlı fəal Məhəmməd Xakpur bəraət qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Kəleybərdə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Məhəmməd Xakpur barədə bəraət hökmü çıxarıb.

Şərlənərək “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunan azərbayvanlı fəalın məhkəməsi iyunun 22-də keçirilmişdir.

Qeyd edək ki, azərbayvanlı fəal Məhəmməd Xakpur 2018-ci il iyulun 5-də Babək Qalası Qurultayı zamanı rejimin məmurları tərəfindən yaxalanaraq, 3 gün saxlandıqdan sonra sərbəst buraxılmışdır. Fəal saxlandığı müddətdə rejimin təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalmışdı. Həmin fəalla birlikdə çox sayda azərbaycanlı fəal yaxalanmışdı.  

Bununla əlaqədar Beynəlxalq Əfv Təşkilatı türk, fars və ingilis dillərində Babək Qalası Qurultayı və Savalan dağında tutulan azərbaycanlı fəallarla bağlı bəyanat yayaraq təcridxanalarda saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılması və digər tutulan fəallara bəraət verilməsini tələb etmişdi. Bəyanatda 120 fəalın yaxalandığı bildirilmişdir.

Həmçinin yoxlayın

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Hörmüz boğazında iki minə yaxın gəmi ilişib

GADTB: CNN telekanalı xəbər verib ki, Hörmüz boğazında vəziyyət kritik həddə çatıb və bölgədə təxminən …

Bir cavab yazın