Şənbə , May 18 2024
azfa

İrqçi fars rejim Gilan Universitetində azərbaycanlıların “Yağış” jurnalını bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim son günlər Azərbaycanın milli məsələlərini türk və fars dillərində işıqlandıran Gilan Universitetinin türk öyrənciləri tərəfindən nəşr olunan “Yağış” jurnalının fəaliyyəti dayandırdı.

Öyrənci jurnalının nəşr edənlərin açıqlamasına görə, İranda yaşayan qeyri-farsların hüquqları ilə bağlı məqalə dərc etmək, tarixi abidələrin türkcə adlarından istifadə etmək, Xəzər adını və Qarabağla bağlı fotolardan istifadə etmək kimi səbəblərə görə həmin jurnalın birinci saydan sonra ikinci sayının nəşrinə icazə verilməyib.

Jurnalın baş redaktoru İbrahim Gəncidir və yazarlar heyətində tanınmış milli fəallardan Həsən Raşidi və Vədud Əsədi də iştirak edir və jurnalın yaydığı məlumata görə,  jurnala qarşı hər hansı fiziki və yaxud hüquqi şəxs tərəfindən şikayət edilməyib və dərginin fəaliyyətinin dayandırılması universitet səlahiyyətlilərinin şəxsi təşəbbüsü ilə və qanunsuz şəkildə baş verib.

Jurnalın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan bəyanatda deyilir: “Universitet nəşrlərinə nəzarət üçün icra qaydalarının beşinci və altıncı hissələrini nəzərə almadan olub. Bu səbəblə bu hökmün heç bir qanuni və ya qeyri-qanuni etibarlılığı yoxdur. Qələmin repressiya siyasətinin davamında bu dəfə “Yağış” tələbə jurnalının sırası idi ki, dayandırılması ilə yazıçılar və Azərbaycan tələbə hərəkatına daha bir zərbə vurulsun”.

Həmçinin bəyanatda deyilir: “Yağış tələbə jurnalının ikinci sayının dərc edilməsi üçün bu toplunun izlənilməsindən sonra, rəsmilər şifahi olaraq bu jurnalın fəliyətinə davam edə bilməyəcəyini elan etdilər, amma bu dayandırmanın səbəbini soruşduğumuz zaman, jurnalda “Kaspiyən” adının əvəzinə Xəzər adının istifadə olunması, “Türk” kəlməsindən istifadə etmək, Türklərin tarixi yerlərindən ad aparmaq və etnik qruplarının hüquqlarına toxunmağımızı dedilər”.

Həmçinin yoxlayın

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Bir cavab yazın