Azərbaycanlı fəal Mehdi Dustdar 2 il asılı saxlanmaq şərti ilə 3 ay həbs cəzasına məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ərdəbilli milli-mədəni fəal Mehdi Dustdar İran adlanan ölkənin Ərdəbildəki 2 saylı məhkəməsinin 103-cü şöbəsi tərəfindən 2 il asılı saxlanmaq şərti ilə 3 ay həbsə məhkum edilib.

Mehdi Dustdar 2017-ci il oktyabr ayının 26-da milli və demokratik hüquqlar uğrunda təbliğat aparmaq itihamı ilə təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Fəal Ərdəbil zindanında 1 həftə saxlandıqdan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Azərbaycanlı fəal nəhayət qövmlər məsələsini gündəmə gətirmək və millətçilərin başçıları ilə əlaqədə saxlamaqda ittiham edilib. İran adlanan ölkənin Ərdəbildəki 2 saylı məhkəməsinin 103-cü şöbəsi islam cəza qanunlarının 500-cü maddəsini bəhanə edərək, onu sistemin əleyhinə təbliğ etmək ittihamı ilə həbs cəzasına məhkum edib.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …

Bir cavab yazın