Çərşənbə , May 8 2024
azfa

Azərbaycanla Türkiyənin genişmiqyaslı taktiki təlimləri davam edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş məntəqələrə çıxarılan motoatıcı və zirehli texnika bölmələri tapşırıqları icra ediblər.

Təlimlər davam edir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın