Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiya gölünün suyunun kəskin azalması Ruhaninin yalan dediyini bir daha sübut etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Ruhani bir neçə ay əvvəl yalandan iddiqa etmişdir ki, Urmiya gölünü bərpa ediblər. Lakin gölün suyunun kəskin azalması Ruhaninin yalan dediyini bir daha sübut etdi.

Gölün Bərpası Qərargahının Qərbi Azərbaycan vilayəti üzrə ofisinin rəisi Fərhad Sərxoş hazırda su səviyyəsinin 1271.60 metrə düşdüyünü deyib.

Sərxoş mətbuata verdiyi açıqlamada temperaturun qalxması və suyun buxarlanması nəticəsində göldəki su səviyyəsinin keçən il ilə müqayisədə azaldığını bildirib.

Belə ki, gölün hazırkı su səviyyəsi uzunmüddətli orta səviyyə yəni ötən 40 il ilə müqayisədə 3 metr azalma göstərir.

Sərxoşun sözlərinə görə, Urmiya gölündə suyun həcmi 4 milyard kubmetrə çatıb. Bu rəqəm, ötən ilin oxşar dövrü ilə müqayisədə 24 milyon kubmetr, uzunmüddətli həcmlə müqayisədə isə 12 milyard kubmetr azalıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın